Azərbaycan İdeyası

 Paşinyan sülhə gəlmək istəyəndə... - ƏYLƏCİ BASIRLAR...

Tarix:5-09-2024, 16:00
Baxış Sayı:0

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə haqqında saziş Avropa Birliyinin mülki missiyasının Ermənistandan çıxarılması üçün kifayət qədər əsasdır”. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. Hikmət Hacıyev qeyd edib ki, sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır.
“Yəni sülh və qarşılıqlı anlaşma şəraitində, iki dövlət arasında həyata keçirilən bu prosesin gedişatını nəzərə alaraq, hesab edirik ki, artıq Avropa İttifaqının sərhəd missiyasının da Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməsinə də ehtiyac yoxdur. Və bu missiyanın fəaliyyətinə xitam verilməsinin zamanı yetişib”, - deyə Hikmət Hacıyev qeyd edib.

Bizimyol.info xəbər portalına açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində praqmatik fəaliyyət göstərən və sülhün tezləşdirilməsi üçün daha çox fəaliyyət göstərən tərəf Azərbaycandır.

“Azərbaycan maksimum çalışır ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi tezləşdirilsin. 3-cü qüvvələr prosesə müdaxilə edərək, prosesi pozmasın, bölgədə sülhə zərbə vura bilməsinlər. Azərbaycan regional müstəvidə danışıqların aparılmasıyla bağlı təklif irəli sürüb və bu region dövlətləri tərəfindən də müsbət qarşılanıb. Azərbaycan Ermənistanla ikitərəfli görüşləri davam etdirilməsi ilə bağlı təşəbbüs irəli sürüb və bu proses davam edir. İkitərəfli görüşlərin nəticəsi olaraq danışıqlar prosesində pozitiv reydlər müşahidə olunandan sonra Qərb missiyaları narahatlıqlarını açıq şəkildə büruzə veriblər. Bəllidir ki, Azərbaycanla Ermənistan arasında sülh bağlanılandan sonra Qərbin ümumiyyətlə bölgəyə müdaxilə imkanları sıfıra enəcək. Təbii ki, bu da Qərbin geosiyasi maraqlarına qarşıdır. Qərb bölgəyə müdaxilə edə bilməyəcəyi üçün geosiyasi maraqlarına zidd olan sülhü təhdid kimi qəbul edir”-deyən politoloq hesab edir ki, Avropa İttifaqının missiyasının bölgədə fəaliyyəti sülhə töhfə vermək deyil, əksinə sülhə maneə yaratmaqdır.

Əli Zülfüqaroğlu hesab edir ki, bunun üçün son zamanlar Ermənistan hökümətinə Qərb tərəfindən ciddi şəkildə təzyiqlər olduğunu müşahidə edirik: “Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi zamanı Ermənistan müsbət yöndə açıqlamalar verəndən sonra biz görürük ki, Qərb tərəfindən Ermənistana səfərlər artır. Hətta Ermənistan daxilində hökümətə qarşı təzyiqlərin, eyni zamanda cəbhədə müəyyən təxribatların baş verməsinin şahidi oluruq. Təbii ki, bu da bəlli məqsədə hesablanıb”.

Əli Zülfüqaroğlu bildirib ki, Qərb Ermənistan hökumətinə kifayət qədər təsir imkanlarına malikdir və Qərb burada sülhə maneə olmaqla, yəni Ermənistan dövlətçiliyini təhlükəyə salmaqla yalnız öz maraqlarını həyata keçirməyə çalışır. Bu səbəbdən də, Avropa İttifaqı missiyasının bölgədən çıxmasını tamamilə əsaslı hesab edən politoloq vurğulayıb ki, bu sülhə töhvə verəcək amillərdən biri olmaqla yanaşı, Ermənistanın özü üçün də vacib şərtdir: “Ermənistan hökuməti, xüsusilə Paşinyan bir növ Qərbin girovluğundadır və Paşinyan bilir ki, əgər müstəqil siyasət yürüdərsə və yaxud Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olan tələblərinə “hə” deyərsə və sülhə doğru addım atarsa, o zaman şəxsi həyatı da təhlükəyə düşə bilər”.

Əli Zülfüqaroğlu Avropa İttifaqı missiyasının bölgəni tərk edəcəyini və Ermənistanın da buna “hə” deyəcəyini düşünmür. “Ermənistanın ATƏT-Minsk qrupunun ləğvi ilə bağlı Qərbin təzyiqlərindən çəkindiyi üçün addım atmır. Eyni zamanda burada özü üçün imitasiya imkanları yarandığı üçün buna getmir”-deyən Əli Zülfüqaroğlu hesab edir ki, Avropa İttifaqı missiyasının bölgədən çıxarılması xoşluqla baş verməyəcək.

“Ermənistan buna heç bir halda getməz və Qərb tərəfindən bu istiqamətdə təzyiqlərə də Ermənistanın hökümətinin davam gətirməsi buna qarşı olması mümkün deyil”-deyə politoloq vurğulayıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Paşinyan Qarabağla bağlı səhvini etiraf etdi
Paşinyan Qarabağla bağlı səhvini etiraf etdi
Azərbaycanda kimlər daha tez pensiya ala bilər?
Azərbaycanda kimlər daha tez pensiya ala bilər?