Azərbaycan İdeyası

Mahir Məmmədov: Biz yaşıl keçidin güclü carçısı olacağıq

Tarix:19-11-2024, 10:12
Baxış Sayı:102

Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti SEÇİLDİ - Unikal.az


AŞF-nin prezidenti və FİDE-nin vitse-prezidenti
Mahir Məmmədov 

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin dünyanın 200-ə yaxın dövləti tərəfindən dəstəklənməsi təsadüfi deyil. Dövlətimizin başçısı İlham Əliyev bu qərarı belə dəyərləndirdi: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”.

Cənab İlham Əliyev COP29-un Liderlər Sammitində Azərbaycanı bu beynəlxalq tədbirə aparan yolun təhlilini verdi.  COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibi cənab Antonio Quterreşə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürünü bildirən dövlətimizin başçısı qeyd etdi ki, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük.

Sammitdə bu reallıqlar bir daha iştirakçıların diqqətinə çatdırıldı ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir. Bu, təkcə coğrafiya ilə bağlı deyil. Azərbaycan  müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilər. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə  sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bunu söyləməyə əsas verir ki, ölkəmiz  iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilər. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə ölkəmiz  iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edirik. Multikulturalizm bizim dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında öz sözünü deyir. Elə bir tədbir yoxdur ki, cənab İlham Əliyev çıxışında, keçirdiyi görüşlərdə 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından bəhs etməsin. Liderlər Sammitində də Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl  BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Həmin qətnamələri özümüz icra, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək.

Azərbaycanın Yaşıl gündəliyi barədə geniş məlumat verən cənab İlham Əliyev bu çağırışı etdi ki, COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq. BMT-nin Baş katibi Antonio Quterreş isə vurğuladı  ki, COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. “Əminəm ki, buna birlikdə nail olacağıq”  sözləyən  Antonio Quterreş onu da əlavə etdi ki, iqlim dəyişikliyi ilə bağlı birgə mübarizədə şəffaflıq, hesabatlılıq ilkin şərtlərdəndir. Çünki böyük nəticələr böyük dəyişikliklər tələb edir. Dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizə məqsədilə vəsait ayırmasalar bəşəri fəlakətlərlə üzləşməli olacağıq. Reallıq budur ki, iqlim maliyyələşməsi xeyirxah əməl deyil, bu, bir investisiyadır. Bu, ixtiyari məsələ deyil, məcburi məsələdir. Hər ikisi əvəzolunmaz tədbirdir, bunlar bəşəriyyətin gələcəyi və firavanlığı üçün lazımdır.

Cənab İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində günün çağırışlarına diqqəti yönəldərək bildirdi ki, bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq.  Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərkosmos”un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan daim dünyanı narahat edən problemlərin həllinə dəstəyi ilə diqqətdədir və bu gün də bu dəstəyini əsirgəmir. Ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan atdığı addımları ilə beynəlxalq həmrəyliyi daha da gücləndirir. Dövlətimizin başçısı İlham Əliyevin sözügedən hər iki Sammitdəki çıxışında yer alan çağırışları bunun təsdiqidir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Paşinyan Qarabağla bağlı səhvini etiraf etdi
Paşinyan Qarabağla bağlı səhvini etiraf etdi