Azərbaycan İdeyası

Qənirə Paşayevanı o əvəzlədi - FOTO

Tarix:2-09-2024, 13:51
Baxış Sayı:10

Qənirə Paşayevanı o əvəzlədi - FOTO

Məhrum deputat Qənirə Paşayevanın  təmsil etdiyi dairədən sabiq nazir müavinin qardaşı  seçilib.

106 saylı Tovuz seçki dairəsindən mərhum Qənirə Paşayevanın  yerinə İqtisadiyyat nazirinin sabiq müavini Niyazi Səfərovun qardaşı Nizami Səfərov seçilib.
Qeyd edək ki, deputat Nizami Səfərovun qardaşı Niyazi Səfərov 2022-ci ilədək Azərbaycan iqtisadiyyat nazirinin müavini  olub.

Nizami Səfərov isə özü bundan öncəki çağırışlarda Milli Məclisin deputatı olub. Bu dəfə isə onun namizədliyi hakim partiya tərəfindən  mərhum Qənirə Paşayevanın təmsil etdiyi  106 saylı Tovuz seçki dairəsindən verilib.

Qeyd edək ki, mərhum deputat Qənirə Paşayva 2023-cü il sentyabrda dünyasını dəyişib. 
Qeyd edək ki, Nizami Səfərov  Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1985–1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin aspiranturasını bitirərək, hüquq elmləri namizədi elmi dərəcəsini alıb. 2005–2007-ci illərdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq münasibətlər İnstitutunun (MGİMO – Universitet) doktoranturasını bitirərək, hüquq elmləri doktoru elmi dərəcəsini alıb. 

Nizami Səfərov deputat seçilənədək müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquq kadrlarını təkmilləşdirmə institutunda prorektor, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı şöbəsinin rəisi, 18 avqust 1995-ci ildə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. O  həmçinin müxtəlif illərdə Milli Məclis Aparatının Konstitusiya qanunvericiliyi şöbəsində müdir müavini və İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri  vəzifəsində çalışıb. 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov