İnsan həyatının ən çətin və taleyüklü anlarında həkimlərin üzərinə düşən məsuliyyət adi bir peşənin sərhədlərini çoxdan aşır. Xəstə ilə ölüm arasındakı saniyələrin, ümidsizliklə ümid arasındakı incə xəttin qorunduğu məqamlarda məhz vicdanlı, peşəkar və mərhəmətli həkimlər insanların yaddaşında silinməz iz buraxırlar. Belə nümunəvi tibb işçilərindən biri də Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin Təcili Təxirəsalınmaz Tibbi Yardım bölməsində çalışan, öz peşəsinə böyük sevgi və məsuliyyətlə yanaşan həkim-terapevt, Dr. Könül Abidovadır. O, uzun illərdir ki, insan sağlamlığının keşiyində dayanaraq yalnız tibbi biliyi ilə deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətləri, humanist davranışı və xeyirxahlığı ilə də insanların dərin rəğbətini qazanmağı bacarıb.
Könül Abidovanın fəaliyyəti təkcə xəstəxana divarları ilə məhdudlaşmır. O, həyatının böyük hissəsini insanlara yardım etməyə, çətin durumda olan ailələrin yanında dayanmağa, ehtiyac sahiblərinə dəstək göstərməyə həsr etmiş bir ziyalı xanımdır. Xüsusilə bayram günlərində aztəminatlı ailələrin unudulmaması üçün göstərdiyi həssas münasibət onu tanıyan hər kəs tərəfindən böyük ehtiramla qarşılanır. Maddi sıxıntı içində yaşayan insanların qapısını döyərək onların sevincinə çevrilmək, ehtiyaclarını qarşılamaq, tək olmadıqlarını hiss etdirmək hər insanın edə biləcəyi bir davranış deyil. Bu, böyük ürəyin, saf niyyətin və insan sevgisinin göstəricisidir. Könül Abidova məhz bu xüsusiyyətləri ilə cəmiyyət içində nüfuz qazanan, insanların hörmətlə adını çəkdiyi şəxslərdəndir.
Şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət isə onun vətənə və dövlətə olan bağlılığının ən gözəl nümunələrindən biridir. Vətən uğrunda canından keçən igidlərin ailələrinin yanında olmaq, onların ağrılarını bölüşmək, qayğılarına şərik olmaq böyük mənəvi məsuliyyət tələb edir. Könül Abidova bu məsuliyyəti hər zaman vicdanla daşıyan insanlardan olub. O, şəhid ailələrini yalnız müəyyən günlərdə deyil, daim diqqətdə saxlayan, onların problemlərinə həssas yanaşan və imkan daxilində dəstəyini əsirgəməyən ziyalı xanımlardandır. Məhz bu münasibət onu sadəcə bir həkim deyil, eyni zamanda vətənini sevən, milli dəyərlərə bağlı olan nümunəvi Azərbaycan xanımı kimi tanıdır.
Tibb sahəsində çalışan insanların ən böyük xüsusiyyəti insan ağrısını öz ağrısı kimi hiss etmələridir. Könül Abidova da xəstələrinə sıradan bir pasiyent kimi deyil, qayğıya ehtiyacı olan insan kimi yanaşır. Onun qəbulunda olan insanlar ilk növbədə səmimiyyət, diqqət və anlayış görürlər. Çünki o, hər zaman insan faktorunu ön planda saxlayan, xəstənin mənəvi durumuna xüsusi həssaslıqla yanaşan həkimlərdəndir. Gərgin iş rejimi, məsuliyyətli növbələr və ağır hallarla üz-üzə qalmasına baxmayaraq, peşəsinə olan sevgisi və insanlara faydalı olmaq arzusu onun fəaliyyətində daim hiss olunur. Bu səbəbdən də həm həmkarları, həm də pasiyentləri arasında böyük hörmət sahibi kimi tanınır.
Könül Abidovanın fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri də dövlətçilik prinsiplərinə sadiqliyidir. O, hər zaman Azərbaycan dövlətinin maraqlarını üstün tutan, ölkənin inkişafını dəstəkləyən və milli birliyə xüsusi önəm verən ziyalı mövqeyi ilə seçilib. Dövlətinə bağlılıq, milli maraqlara hörmət və ölkənin gələcəyinə inam onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir. Bu gün Azərbaycanda həyata keçirilən inkişaf siyasətinə böyük rəğbətlə yanaşan Könül Abidova, Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasəti yüksək qiymətləndirən insanlardandır. O, xüsusilə səhiyyə sahəsində həyata keçirilən yenilikləri, insanların rifahına xidmət edən layihələri və dövlətin sosial siyasətini böyük minnətdarlıq hissi ilə qarşılayır.
Onun cəmiyyət içində qazandığı nüfuz təsadüfi deyil. Çünki insanlar hər zaman səmimiyyəti, dürüstlüyü və təmənnasız yaxşılığı hiss etməyi bacarırlar. Könül Abidova məhz öz davranışı, insanlara münasibəti və mənəvi keyfiyyətləri ilə ətrafında güvən yaradan ziyalı xanımlardandır. O, yalnız tibbi yardım göstərməklə kifayətlənməyən, eyni zamanda insanların mənəvi dayağına çevrilən nadir insanlardandır. Çətin günündə ona müraciət edən hər kəs ilk növbədə anlayış və diqqət görür. Bu isə hər bir həkimə nəsib olan xüsusiyyət deyil.
Müasir dövrdə peşəsinə vicdanla yanaşan, insanlara qarşı mərhəmətli olan və cəmiyyətə fayda verməyi həyat amalına çevirən insanların sayı az deyil, lakin bu xüsusiyyətləri öz şəxsiyyətində birləşdirərək nümunəyə çevrilmək xüsusi keyfiyyət tələb edir. Könül Abidova öz fəaliyyəti ilə sübut edir ki, əsl həkim olmaq yalnız tibbi biliklə ölçülmür. Əsl həkim olmaq üçün böyük ürək, insan sevgisi, mərhəmət və vicdan lazımdır. O, bu xüsusiyyətləri ilə təkcə xəstələrinin deyil, onu tanıyan insanların da rəğbətini qazanmağı bacarıb.
Bu gün Dr. Könül Abidova kimi ziyalı, mərhəmətli və dövlətinə bağlı insanların fəaliyyəti cəmiyyət üçün nümunədir. Onun insanlara göstərdiyi qayğı, şəhid ailələrinə olan diqqəti, aztəminatlı insanlara uzanan yardım əli və peşəsinə sonsuz sevgisi hər zaman hörmətlə qarşılanır. Belə insanların varlığı cəmiyyətin mənəvi dəyərlərinin yaşaması, humanizmin qorunması və insanlıq hissinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Könül Abidova öz həyat yolu və fəaliyyəti ilə insanlara xeyirxahlığın, mərhəmətin və vətən sevgisinin ən gözəl nümunəsini göstərən dəyərli simalardan biridir.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]