Azərbaycan İdeyası

Əliyevalar xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Tarix:30-12-2025, 09:16
Baxış Sayı:25

Əliyevalar xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün bayram şənliyi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan şənliyin əsas məqsədi azyaşlılar üçün bayram əhvali-ruhiyyəsi yaratmaq, onlara sevinc dolu anlar yaşatmaq olub.

Bayram proqramı çərçivəsində balacalar üçün Yeni il personajlarının və sevimli nağıl qəhrəmanlarının iştirakı ilə əyləncəli oyunlar, interaktiv tədbirlər və musiqili proqramlar təşkil olunub.

Tədbir zamanı, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün bu il hazırlanan “Göyərçin” jurnalının Yeni ilə həsr olunmuş xüsusi buraxılışı da təqdim olunub. 1958-ci ildən etibarən nəşr olunan “Göyərçin” jurnalı ibtidai sinif şagirdləri və məktəbəqədər yaş qrupuna aid olan azyaşlı oxucular üçün aylıq jurnal kimi çap edilir. Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğludur. Bayram şənliyi çərçivəsində təqdim edilən bu nəşr tədbirdə iştirak edən uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Şənlik zamanı “Göyərçin” jurnalından nağıl və şeirlər səsləndirilib, uşaqlar müxtəlif müsabiqə və oyunlarda fəal iştirak ediblər.

Şənlikdə iştirak edən Xalq artisti Faiq Ağayev öz repertuarından mahnılar ifa edib, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlarla birgə rəqs edib, əyləniblər.

Bugünkü şənlik Xalq artistinin doğum gününə təsadüf etdiyindən o, bu özəl gününü uşaqlarla birgə qeyd edib, onlarla tort üzərindəki şamları üfürüb.

Şənlik zamanı, həmçinin 2 və 3 saylı uşaq evləri sosial xidmət müəssisələrinin sakinləri öz rəqs məharətlərini nümayiş etdiriblər.

Sonda uşaqlarla birgə tort kəsilib, onlara müxtəlif bayram hədiyyələri təqdim edilib. Bununla yanaşı, uşaqlara "Göyərçin" jurnalının xüsusi buraxılışı da hədiyyə olunub.


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Zəhməti, İşgüzarlığı və Xeyirxah Əməlləri ilə Seçilən Sahibkar – İmişlidə İlham Müəllim
Zəhməti, İşgüzarlığı və Xeyirxah Əməlləri ilə Seçilən Sahibkar – İmişlidə İlham Müəllim
Tahir müəllim: "Zəngilanda müasir inkişafın, iqtisadi dirçəlişin və insan amilinin vəhdəti"
Tahir müəllim: "Zəngilanda müasir inkişafın, iqtisadi dirçəlişin və insan amilinin vəhdəti"
Ata Adını Yaşadan, Müasir İstehsala Yeni Nəfəs Gətirən İş Adamı – “Alı Kərpic” Zavodunun Rəhbəri Tərlan Müəllim
Ata Adını Yaşadan, Müasir İstehsala Yeni Nəfəs Gətirən İş Adamı – “Alı Kərpic” Zavodunun Rəhbəri Tərlan Müəllim
Ərkivanın Qayğılarını Özünə Doğma Bilən, İnsanların Etimadını Əməyi ilə Qazanan Elmir Əliyev
Ərkivanın Qayğılarını Özünə Doğma Bilən, İnsanların Etimadını Əməyi ilə Qazanan Elmir Əliyev
Minlərlə Sahibkarın Zəhmətinə Dəyər Verən İşgüzar Xanım — Dilşad Əmirova
Minlərlə Sahibkarın Zəhmətinə Dəyər Verən İşgüzar Xanım — Dilşad Əmirova
Sahibkarların Etimadını, İnsanların Hörmətini Qazanan Xeyirxah Xanım — Kəbirə Məmmədova
Sahibkarların Etimadını, İnsanların Hörmətini Qazanan Xeyirxah Xanım — Kəbirə Məmmədova
Tahir Əmrahov: 3 oktyabr 1993-cü il - dövlətçilik tariximizin dönüş nöqtəsi
Tahir Əmrahov: 3 oktyabr 1993-cü il - dövlətçilik tariximizin dönüş nöqtəsi
Mais Məmmədov: Heydər Əliyev fenomeni - xalqa sədaqət və effektiv idarəçilik modeli
Mais Məmmədov:  Heydər Əliyev fenomeni - xalqa sədaqət və effektiv idarəçilik modeli