Azərbaycan İdeyası

Kriptovalyuta ilə varlanmaq istəyənlərin NƏZƏRİNƏ: Əməliyyatlar izlənəcək

Tarix:7-01-2026, 09:17
Baxış Sayı:5

Azərbaycanda bütün kriptovalyuta əməliyyatları tam izləniləcək və qeydə alınacaq. Bu addım vergidən yayınma hallarını önləmək və çirkli pulların yuyulmasının qarşısını almaq məqsədilə atılacaq.

Məlumata görə, ölkəmiz 2028-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yaratdığı CARF standartlarına uyğun olaraq, kriptovalyuta əməliyyatları barədə məlumatları toplamağa və həmin strandartları qəbul etmiş üzv ölkələrlə məlumat mübadiləsinə başlayır. Azərbaycanın üzv olduğu standart mərkəzləşdirilmiş birjalara (CEX), bəzi mərkəzləşdirilməmiş platformalara (DEX), kripto bankomatlara və brokerlərə tətbiq olunacaq. Hesab olunur ki, kripto bazarı üçün toplanan məlumatlar gələcəkdə yalnız vergi hesabatı üçün deyil, həm də kripto aktiv sahiblərini müəyyən etmək üçün istifadə edilə bilər. Hazırda 75 ölkə CARF-ı tətbiq etməyi öhdəsinə götürüb və ABŞ-də həmin standartları 2028-ci ildə qəbul etməyi və 2029-cu ildə məlumat mübadiləsinə başlamağı planlaşdırır.

Bəs yeni tələblər kriptovalyuta istifadəçilərinə necə təsir edəcək?

CARF standartlarının qəbul edilməsi ilə Azərbaycanda kripto bazarının tənzimlənməsi necə dəyişəcək?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:"Azərbaycanda kriptovalyuta bazarı üzrə nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm addım atılır. Ölkə 2028-ci ildən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hazırladığı Crypto-Asset Reporting Framework (CARF) – yəni Kripto-aktivlər üzrə Hesabatlılıq Çərçivəsinə qoşularaq kripto aktivlər üzrə məlumatların toplanmasına və beynəlxalq məlumat mübadiləsinə başlayacaq.

Bu çərçivənin əsas məqsədi vergidən yayınma hallarının qarşısını almaq, çirkli pulların yuyulması və qeyri-qanuni maliyyə axınları ilə mübarizəni gücləndirməkdir. CARF kriptovalyutaları faktiki olaraq klassik maliyyə alətləri ilə eyni nəzarət mexanizmlərinə yaxınlaşdırır və bazarda şəffaflığın artırılmasını hədəfləyir".

Ekspert əlavə edjb ki, standartların tətbiqi yalnız mərkəzləşdirilmiş kriptobirjalarla məhdudlaşmır: "CARF-ın əhatə dairəsinə mərkəzləşdirilmiş birjalar (CEX), bəzi mərkəzləşdirilməmiş platformalar (DEX), kripto bankomatlar, brokerlər və digər vasitəçilər daxildir. Bu isə kripto bazarında fəaliyyət göstərən əsas infrastruktur elementlərinin hesabatlı olacağı anlamına gəlir. Toplanacaq məlumatların ilkin mərhələdə əsasən vergi hesabatları və kripto aktiv sahiblərinin identifikasiyası məqsədi ilə istifadə olunacağı bildirilir. Bununla yanaşı, gələcəkdə bu məlumatların gəlir bəyannamələrinin formalaşdırılması, maliyyə monitorinqi və hüquqi araşdırmalar üçün də baza rolunu oynaya biləcəyi istisna edilmir.

CARF-ın tətbiqi kriptovalyutaların uzun müddət mövcud olmuş “tam anonim maliyyə aləti” anlayışını əhəmiyyətli dərəcədə zəiflədir. Bu proses kripto aktivlərin kölgə iqtisadiyyatından çıxaraq rəsmi maliyyə sisteminə inteqrasiyasını sürətləndirir".

Asif İbrahimov qeyd edib ki, hazırda 75 ölkə CARF standartlarını tətbiq etməyi öhdəsinə götürüb:"ABŞ-ın da bu standartları 2028-ci ildə qəbul etməyi və 2029-cu ildən etibarən məlumat mübadiləsinə qoşulmağı planlaşdırması çərçivənin qlobal xarakter daşıdığını göstərir.

Ümumilikdə, bu addım kripto bazarı üçün həm imkanlar, həm də yeni çağırışlar yaradır. Bir tərəfdən bazarın institusional xarakter alması, bank–kripto inteqrasiyasının genişlənməsi və iri investorlar üçün hüquqi mühitin formalaşması mümkün olur. Digər tərəfdən isə anonimlik azalır, hesabat və vergi öhdəlikləri artır, xüsusilə kiçik investorlar üçün yeni hüquqi risklər meydana çıxır.

Bu baxımdan, kriptovalyuta sahiblərinin artıq bu aktivlərə nəzarətsiz maliyyə aləti kimi deyil, rəsmi iqtisadi sistemin bir hissəsi kimi yanaşması və gələcək tələblərə indidən hazırlaşması zəruridir".

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov