Azərbaycan İdeyası

“Sədərək” və “Binə”də qiymətlər artacaq

Tarix:27-12-2024, 11:40
Baxış Sayı:12

“Sədərək” və “Binə”də qiymətlər artacaq

Vergi Məcəlləsindəki dəyişiklik ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək

 Azərbaycanda bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək. Əks təqdirdə, hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçilərinə və ya idarəçilərinə 2 min manat maliyyə sanksiyası tətbiq ediləcək. Vergi Məcəlləsindəki dəyişiklik ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək. 

O da məlumdur ki, bazarlarda bir sıra məhsulların qiyməti dükanlarla müqayisədə nisbətən aşağıdır. Tikinti materiallarından tutmuş, geyim məhsullarına qədər bir sıra məhsullar bazarlarda daha sərfəli qiymətə olduğu üçün əhali ora gedir. Xüsusən “Sədərək”, “Binə” və digər böyük bazarlarda sahibkarların çoxu vergi vermir. O baxımdan yeni qərar bazarlarda qiymətlərin artmasına necə təsir edəcək?

İqtisadçı Elmir Səfərli deyir ki, vergi uçotunda olmaq ilk növbədə sahibkarların özləri üçün faydalıdır. Çünki bütün ödənişlər artıq qeyri-nağd üsulla aparılır. Buna görə də bank hesablarına və daxil olan maliyyə vəsaitinə nəzarət etmək üçün vergi uçotuna durmaq şərtdir: “Bununla da onlar həm dövriyyələrini, həm də vergilərini rəsmi şəkildə göstərəcəklər. 2025-ci ildən etibarən müəyyən sahibkarıq növləri var ki, onlara xüsusi güzəştlər tətbiq ediləcək. Xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğin 20 faizi, yəni ümumi dövriyyənin 5 faizi qədər mənfəət vermə kimi şanslar ortaya qoyulur. Bu da sahibkarlar üçün faydalıdır. Onlar müəyyən qədər 15 faizli böyük vergidən azad olunacaqlar. Bunun iqtisadiyyata da böyük təsiri var.  Büdcə gəlirinin, vergiyə daxil olmaların artırılması üçün önəmli şərtdir. Bu faydalar sahibkarlara izah edilməlidir ki, yayınmasınlar, əksinə, can atsınlar. Bu zaman hər iki tərəfə - həm dövlətə, həm də sahibkarlara sərfəli olacaq”.  

Ekspert deyir ki, bu dəyişiklik qiymət artımına təsir etmir: “Qiymət artımına maya  dəyərinin artması təsir edə bilər. Verilən vergilərin həcmi artırılarsa, qiymət artar. Bunların heç biri baş vermədiyi üçün qiymət artımından söhbət gedə bilməz.  Hər hansı sahibkarın vergi uçotunu bəhanə edib qiyməti qaldırması süni artımdır”. /Musavat.com

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Elm, Təhsil və Zəhmətlə Yazılan Ömür Yolu – Zəfər Qurbanov
Elm, Təhsil və Zəhmətlə Yazılan Ömür Yolu – Zəfər Qurbanov
Peşəyə Açılan Qapıda Yeni Tədris İli – Azad Dibirovun Rəhbərliyi ilə Yeni Hədəflərə Doğru
Peşəyə Açılan Qapıda Yeni Tədris İli – Azad Dibirovun Rəhbərliyi ilə Yeni Hədəflərə Doğru
Mehi Həsənov: 20 sentyabr – Zəfərdən Böyük Qayıdışa
Mehi Həsənov: 20 sentyabr – Zəfərdən Böyük Qayıdışa
Bələdiyyə İşində Məsuliyyət və Vətəndaşa Diqqət – Qüdrəddin Verdixanov
Bələdiyyə İşində Məsuliyyət və Vətəndaşa Diqqət – Qüdrəddin Verdixanov
Uşaq Sağlamlığına Həsr Olunan Peşəkar Ömür – Cəmilə Talıbova
Uşaq Sağlamlığına Həsr Olunan Peşəkar Ömür – Cəmilə Talıbova
Münasib Qurbanov: Azərbaycan möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı
Münasib Qurbanov: Azərbaycan möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı
Çörəyin Süfrəyə Gələn Yolunda Məsuliyyət və Zəhmət – Məhərrəm Şəfiyev
Çörəyin Süfrəyə Gələn Yolunda Məsuliyyət və Zəhmət – Məhərrəm Şəfiyev
Tibb və təhsilin kəsişməsində yeni mərhələ – İlkin İsmayılov Qarabağ Universitetində
Tibb və təhsilin kəsişməsində yeni mərhələ – İlkin İsmayılov Qarabağ Universitetində