Azərbaycan İdeyası

“S&P”: Manatın dollara qarşı məzənnəsi 2028-ci ilə qədər dəyişməyəcək

Tarix:7-12-2024, 11:43
Baxış Sayı:8

“S&P”: Manatın dollara qarşı məzənnəsi 2028-ci ilə qədər dəyişməyəcək

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün orta illik inflyasiyanı 2 % səviyyəsində proqnozlaşdırır.

report xəbər verir ki, ötən il Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.

Agentliyin yenilənmiş proqnozlarına görə, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 4 %-ə qədər artacaq, lakin 2026-2027-ci illərdə illik 3 %-ə qədər azalacaq.

Azərbaycanda 2024-cü ilin yanvar-oktyabr aylarında orta illik inflyasiya 1,7 % təşkil edib. İqtisadiyyat Nazirliyi ölkədə orta illik inflyasiyanı 2024-cü il üçün 2,7 %, 2025-ci il üçün 4,6 %, 2026-cı il üçün 4 %, 2027-2028-ci illər üçün isə illik 3,8 % səviyyəsində proqnozlaşdırır.

“S&P” Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9 %-ni (2023-cü ildə ÜDM-in 11,5 %-i) təşkil edəcəyini proqnozlaşdırır.

Agentliyin hesablamalarına görə, cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə ÜDM-in 2,7 %-ni, 2026-cı ildə ÜDM-in 1,2 %-ni təşkil edəcək, 2027-ci ildə isə hesab ÜDM-in 0,2 %-i səviyyəsində kəsirlə olacaq.

“S&P” həmçinin hesab edir ki, 2028-ci ilə qədər manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyəcək.

"Hökumətin valyuta bazarına mütəmadi müdaxilələri ilə Azərbaycanda dollar-manat nisbətinin 1,7 səviyyəsində saxlayacağını proqnozlaşdırırıq. Bununla belə, karbohidrogen qiymətləri kəskin düşərsə və uzun müddət aşağı qalarsa, hakimiyyətin Mərkəzi Bankın valyuta ehtiyatlarını əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəni tənzimləməyi nəzərdən keçirəcəyini ehtimal edirik", - agentlik vurğulayıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Elm, Təhsil və Zəhmətlə Yazılan Ömür Yolu – Zəfər Qurbanov
Elm, Təhsil və Zəhmətlə Yazılan Ömür Yolu – Zəfər Qurbanov
Peşəyə Açılan Qapıda Yeni Tədris İli – Azad Dibirovun Rəhbərliyi ilə Yeni Hədəflərə Doğru
Peşəyə Açılan Qapıda Yeni Tədris İli – Azad Dibirovun Rəhbərliyi ilə Yeni Hədəflərə Doğru
Mehi Həsənov: 20 sentyabr – Zəfərdən Böyük Qayıdışa
Mehi Həsənov: 20 sentyabr – Zəfərdən Böyük Qayıdışa
Bələdiyyə İşində Məsuliyyət və Vətəndaşa Diqqət – Qüdrəddin Verdixanov
Bələdiyyə İşində Məsuliyyət və Vətəndaşa Diqqət – Qüdrəddin Verdixanov
Uşaq Sağlamlığına Həsr Olunan Peşəkar Ömür – Cəmilə Talıbova
Uşaq Sağlamlığına Həsr Olunan Peşəkar Ömür – Cəmilə Talıbova
Münasib Qurbanov: Azərbaycan möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı
Münasib Qurbanov: Azərbaycan möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı
Çörəyin Süfrəyə Gələn Yolunda Məsuliyyət və Zəhmət – Məhərrəm Şəfiyev
Çörəyin Süfrəyə Gələn Yolunda Məsuliyyət və Zəhmət – Məhərrəm Şəfiyev
Tibb və təhsilin kəsişməsində yeni mərhələ – İlkin İsmayılov Qarabağ Universitetində
Tibb və təhsilin kəsişməsində yeni mərhələ – İlkin İsmayılov Qarabağ Universitetində