Azərbaycan İdeyası

Bu il də elimizə Zəfər coşqusu ilə qədəm qoyan Novruz bayramı Ağstafada möhtəşəm bayram təntənəsi ilə qeyd olunub

Tarix:18-03-2026, 23:14
Baxış Sayı:9


 

Bu gün İlaxır çərşənbəsidir. İlin sonuncu Torpaq çərşənbəsi, həm də baharın, yeni başlanğıcın müjdəsidir. Bu münasibətlə Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında təşkil olunan ümumrayon bayram tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə parkın ərazisində qədim maddi-mədəni irsimizi ifadə edən eksponatlara, yerli özfəaliyyət dərnəklərinin üzvlərinin dövlətçiliyə, milli dəyərlərə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgilərə, uşaqların, məktəblilərin və incəsənət nümayəndələrinin təqdimatında çoxəsrlik Novruz adət ənənələrimizi ehtiva edən bahar qız, keçəl, kosa personajlarının iştirakı ilə milli rəqs, aşıq sənəti və digər folklor nümunələrindən ibarət ədəbi-bədii kompozisiyalara, dama, güləş, qol güləşi, əlbəyaxa döyüş üzrə idman klublarının nümunəvi çıxışlarına tamaşa olunub. Milli birlik və suverenliyimizin əsas atributlarından olan Dövlət Himnimizin sədalarından sonra, ağstafalılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələrini qürurla anıblar. Ümumrayon tədbirini bayram səhnəsindən açıq elan edən RİH başçısı hər kəsi təbrik edərək bildirib ki, Novruz Bayramı, insanlaın bir-birinə qayğı və hörmətlə yanaşmasını təşviq edir, gəlişi ilə evlərə, ailələrə şadlıq və sevinc gətirir. Artıq neçə ildir ki, qalib xalqımız bu bayramı yüksək əhval-ruhiyyə, ürək sevinci və qəlb fərəhi ilə qarşılayır. Bu gün bayram tonqallarımız suveren Azərbaycanımızın hər nöqtəsində, o cümlədən doğma Qarabağmızda da şölə saçır. Azad olunmuş torpaqlarımıza, əzəli baba yurdlarına qayıdan əhalimiz doğma evlərində bayramlarını qürur hissi ilə qeyd edirlər. Hər kəsə məlumdur ki, Ümummilli Lider Heydər Əliyevin xalqımızın firəvanlığı, ölkəmizin tərəqqisi naminə müyyənləşdirdiyi siyasətin üst pillələrində, insanların sosial rifahının yüksəldilməsi məqsədi ilə ölkəmizin hər bölgəsinin abadlaşdırılması, müasir sosial və digər infrastrukturların sistemli şəkildə tətbiqi, eyni zamanda, tarixi və memarlıq abidələrinin qorunması yer alır. Bütün sahələrdə Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi xalqımızın tarixini, mədəniyyətini, həyat tərzini, milli-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından yüksək əhəmiyyətlər kəsb edir. Ümumrayon tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin Novruza həsr etdikləri geniş bayram konserti ilə davam etdirilib. Rayonun idman sahəsində fərqlənən yeniyetmə və gənclər Ağstafa RİH-in Fəxri Fərman və hədiyyələri ilə təltif olunublar. Sonda Seymur Orucov şəhidlərimizn valideynləri ilə bayram tonqalını alovlandırıb, tonqal ətrafında həmrəylik, sevinc və birliyi simvolizə edən qədim yallı rəqsi oynanılıb.    


 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Qobu qəsəbəsində keyfiyyətli yaşayış mühitinin qurulmasına yönəlmiş tikinti fəaliyyəti
Qobu qəsəbəsində keyfiyyətli yaşayış mühitinin qurulmasına yönəlmiş tikinti fəaliyyəti
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır