Azərbaycan İdeyası

Xətai rayonunda İftar Süfrəsi təşkil olunub.+VİDEO

Tarix:17-03-2026, 11:32
Baxış Sayı:45

Xətai rayonunda İftar Süfrəsi təşkil olunub.+VİDEO

16.03.2026-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə “Mala Praga” restoranında iftar süfrəsi təşkil olunub.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri Qüdrət Həsənquliyev, Mixail Zabelin, Vüqar Rəhimzadə, Zahid Oruc, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər müqəddəs Ramazan ayının mənəvi dəyərlərindən, cəmiyyətdə həmrəylik, mərhəmət və xeyirxahlıq kimi ali keyfiyyətlərin təbliğində bu ayın xüsusi əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Ramazan ayı insanları birliyə, qarşılıqlı hörmətə və yardımlaşmaya çağıran müqəddəs bir dövrdür.

Eyni zamanda, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan söz açılıb, onların cəmiyyətimizdə xüsusi ehtiramla qarşılandığı vurğulanıb.

İftar süfrəsində müqəddəs Ramazan ayının ölkəmizə və xalqımıza sülh, əmin-amanlıq və firavanlıq gətirməsi üçün dualar edilib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ata müəllim: Azərbaycanın Taleyini Öz Əlləri ilə Yazdığı Dövrün Prezidenti
Ata müəllim:  Azərbaycanın Taleyini Öz Əlləri ilə Yazdığı Dövrün Prezidenti
Həyatla Zaman Arasında Verilən Qərarlar – Təcili Tibbin Peşəkar Həkimi Aydan xanım
Həyatla Zaman Arasında Verilən Qərarlar – Təcili Tibbin Peşəkar Həkimi Aydan xanım
Ağcabədinin Yaşıl Nəfəsinə Çevrilən Əmək
Ağcabədinin Yaşıl Nəfəsinə Çevrilən Əmək
İmişlinin Tikinti Sektoruna Xammal Təminatında Sahibkar Əməyi – İlham Müəllimin Fəaliyyətinə Baxış
İmişlinin Tikinti Sektoruna Xammal Təminatında Sahibkar Əməyi – İlham Müəllimin Fəaliyyətinə Baxış
“Zeytun” Aptek Şəbəkəsi – Sağlamlığın Qayğısına 24 Saat Diqqətlə Yanaşan Ünvan
“Zeytun” Aptek Şəbəkəsi – Sağlamlığın Qayğısına 24 Saat Diqqətlə Yanaşan Ünvan
Avtomobil Alqı-Satqısında Etibarlı və Nizamlı Ticarət Mühiti – Müşfiq Tarıverdiyev
Avtomobil Alqı-Satqısında Etibarlı və Nizamlı Ticarət Mühiti – Müşfiq Tarıverdiyev
Qanunun Aliliyi, İntizam və İslah Prinsiplərinə Söykənən Xidmət – Şakir Qəniyev
Qanunun Aliliyi, İntizam və İslah Prinsiplərinə Söykənən Xidmət – Şakir Qəniyev
Nazim müəllim: Bişkekdən Verilən Strateji Mesajlar: Azərbaycan Sülh, Əməkdaşlıq və Yeni Avrasiya Bağlantılarının Mərkəzində
Nazim müəllim: Bişkekdən Verilən Strateji Mesajlar: Azərbaycan Sülh, Əməkdaşlıq və Yeni Avrasiya Bağlantılarının Mərkəzində