Azərbaycan İdeyası

Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Tarix:16-03-2026, 00:15
Baxış Sayı:58

Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, şəhid atları, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Fim.az xəbər verir ki, Aksiya rayonun Heydər Əliyev parkında və 8 Noyabr prospektində təşkil olunub. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı yeni ağaclar əkilib, onlar suvarılıb və aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasının əsas məqsədi yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji sabitliyin təmin olunması, şəhərin ekoloji tarazlığının bərpası və ictimaiyyət arasında təbiətə qayğı hissinin təbliğ olunmasıdır.
Tədbir çərçivəsində ərazidə qurumuş və təhlükə yaradan ağaclar götürülüb, ot örtüyü biçilib, quru otlar daşınıb.
Qeyd edək ki, yaz mövsümü ərzində Xətai rayonu ərazisində yaşıllaşdırma tədbirləri, yeni ağacların əkilməsi və mövcud yaşıllıqlara qulluqla bağlı iməcliklərin keçirilməsi davam etdiriləcəkdir.












[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov
Sumqayıtın Su Təsərrüfatında Məsuliyyətli İdarəçilik və Xalqa Xidmət – Xalid Quliyev
Sumqayıtın Su Təsərrüfatında Məsuliyyətli İdarəçilik və Xalqa Xidmət – Xalid Quliyev
Sumqayıtın Müasir Memarlıq Simasına Xidmət Edən Rəhbər – Fərid Ərşadlı
Sumqayıtın Müasir Memarlıq Simasına Xidmət Edən Rəhbər – Fərid Ərşadlı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
İnsan həyatının keşiyində dayanan fədakar həkim – Ləman Rzayeva
İnsan həyatının keşiyində dayanan fədakar həkim – Ləman Rzayeva