Azərbaycan İdeyası

22 ildə dəyişən Azərbaycan... - Fotolar

Tarix:15-10-2025, 13:12
Baxış Sayı:7

22 ildə dəyişən Azərbaycan... - Fotolar

Tarixdə elə günlər var ki, xalq üçün taleyüklü əhəmiyyət daşıyır. Bugünkü kimi...

“Oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür.

2003-cü ilin bu günü Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevin ilk dəfə Prezident seçilməsi Azərbaycanın çağdaş tarixində mühüm hadisə oldu. Məhz həmin gündən etibarən regionda və ölkədə hadisələr öz təbii axarında davam etməyə başladı. 22 il əvvəl Prezident İlham Əliyev xalqa ilk müraciətində Azərbaycan dövlətinin və xalqının maraqlarını müdafiə edəcəyinə, ərazi bütövlüyümüzün qorunmasına söz vermişdi.

Bu gün həmin vədlərin reallığa çevrildiyinin canlı şahidi olmaq ölkə vətəndaşlarını qürurlandırır. Bu 22 ildə Azərbaycanın beynəlxalq məkanda nüfuzu daha da artdı, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız azad edildi, ordumuz gücləndirildi, iqtisadi və siyasi gücümüz möhkəmləndi, dövlət büdcəsinin gəlirləri artırıldı, dövlətimiz regionda və dünyada əsas söz sahiblərindən birinə çevrildi.

Bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ lideri Donald Tramp arasında keçirilən görüş də Azərbaycanın diplomatik meydanda gücünü bütün dünyaya göstərdi. Bu görüş Azərbaycanın strateji mövqeyinin, dövlət başçısının isə regional barış prosesindəki rolunun beynəlxalq səviyyədə tanınması idi.

İlham Əliyev beynəlxalq arenada Azərbaycan mövqeyini güclü şəkildə qoruyaraq “paraflanmış sülh müqaviləsi” mərhələsinə qədər irəliləməyi bacardı. Belə yüksəksəviyyəli görüşdə ölkəmiz qarşısında dayanan hədəfləri: sülhün təminatını, nəqliyyat yollarının açılmasını, regionda sabitliyin təmin olunmasını qətiyyətlə irəli sürdü. Bu, dövlətin mövqeyinə və xalqın inamına güclü mesaj idi. İlham Əliyevin bu görüşdə göstərdiyi siyasi bacarıq və diplomatik həssaslıq Azərbaycanın həm daxili, həm də xarici siyasətdə dayanıqlı mövqe tutmasına xidmət edir.

Eyni zamanda, İlham Əliyevin diplomatiya müstəvisindəki çevik və uzaqgörən siyasəti Azərbaycanı mühüm beynəlxalq mövzuların müzakirə olunduğu masalara daşıdı. Onun ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı da buna ən gözəl nümunələrdən biridir.

Məhz həmin sammitdə Donald Trampın İlham Əliyev haqqında söylədiyi “o, çox güclü liderdir, işini çox yaxşı görür... Onunla düşmən olmaq istəməzsiniz” kimi fikirləri heç də təsadüfi deyil. Tramp Azərbaycan-Ermənistan münaqişəsi və sülh prosesi fonunda İlham Əliyevin qətiyyətli siyasi iradəsini görə bilən siyasətçidir. Çünki Rusiya və İran kimi nəhəng güclərin qonşuluğunda yerləşən bir ölkə liderinin bu qədər uzaqgörən siyasət yeritməsi, sərt mövqe ortaya qoyması hər dövlət başçısının bacara biləcəyi iş deyil. Azərbaycan, həmçinin Türk Dövlətləri Təşkilatının lokomotivi missiyasını da öz üzərinə götürüb. Bu da İlham Əliyevin sülhə və balanslaşdırılmış diplomatiyaya söykənən xarici siyasətinin nəticəsidir.

Bundan başqa, Cənubi Qafqazda reallaşdırılan bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum xətti və Cənub Qaz Dəhlizi, TAP layihəsi, Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.

Sonda isə əminliklə deyə bilərik ki, keçən bu 22 il dövlətçilik tariximizin ən sabit, ən şanlı və qüdrətli dövrü kimi yadda qalıb.


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov