Azərbaycan İdeyası

Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı: "Qarabağ mövzusu dövlətə təhlükədir" deyərək, birbaşa Rusiyanı işarə etdi

Tarix:4-10-2024, 09:34
Baxış Sayı:0

Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı: "Qarabağ mövzusu dövlətə təhlükədir" deyərək, birbaşa Rusiyanı işarə etdi

Rusiyaya bağlı revanşist müxalifət qüvvələri - Qarabağ klanı və erməni kilsəsini Paşinyan hakimiyyətinə qarşı növbəti dəfə daxili savaş məkanına qaytarıldı... Erməni kilsəsinin idarə etdiyi bu düşərgənin əsas hədəfi isə ilk növbədə məhz Paşinyan hakimiyyətinin seçkilərə qədər devrilməsini təmin etməkdir...
Ermənistanın sülh prosesi ilə intensiv manipulyasiyalarının əsas hədəfləri artıq tədricən ortaya çıxmağa başlayıb. Belə ki, Paşinyan hakimiyyətinin təmsilçiləri belə manipulyasiyalardan sonra rəsmi İrəvanın gizli niyyətlərini də biruzə vermək mərhələsinə keçid etməkdədirlər. Ona görə də, indi Ermənistanın siyasi dairələri ilə hüquqi sənədlərdən kənar anlaşmaların nə qədər təhlükəli olduğu qətiyyən şübhə doğurmur. Və bu baxımdan, rəsmi Bakının bu məsələdə prinsipial davranması olduqca doğru taktika təsiri bağışlayır.

Məsələ ondadır ki, Ermənistanın xarici işlər naziri Aparat Mirzoyan Avropa məkanında növbəti dəfə Ermənistanın süni "gözyaşı siyasəti"nin böhtan potensialını nümayiş etdirməyə çalışıb. Erməni nazir Azərbaycanı yekun sülh sazişinin imzalanmasından yayınmaqda suçlamağa cəhd göstərib. Və rəsmi İrəvanı isə Qərbin diqqətinə Cənubi Qafqazda sülhə can atan əsas tərəf kimi təqdim etməyə çalışıb.

Halbuki, erməni nazirin hiyləgərliklə üzərindən sükutla keçməyə çalışdığı olduqca önəmli reallıq da var. Birincisi, "sülhə can atan" Ermənistan 30 il Azərbaycan ərazilərinin təxminən 20 faizini işğal altında saxlayıb. Həmin ərazilərdə daşı-daş üzərində buraxmayaraq, bölgəni tamamilə dağıdıb, Azərbaycana yüzmilyardlarla dollar ziyan vurub, təbii sərvətləri onilliklər boyu talayıb. Və bu, Ermənistanın necə "sülhpərvər" mövqeyə malik olduğu anlamağa tam imkan verir.

İkincisi, Ararat Mirzoyanın Azərbaycanı imzalanmasından yayınmaq cəhdində suçlamağa çalışdığı yekun sülh sazişinin bütün müddəaları hələ razılaşdırılmayıb, yəni, iki tərəf arasında müzakirə mərhələsindədir. Azərbaycanı müzakirəsi davam edən sülh sazişinin imzalanmasından yayınmaqda ittiham etmək cəhdi absurd və məntiqsiz olmaqla yanaşı, yalnız erməni siyasi zehniyyətinə uyğun gələ bilər. Və baş nazir Nikol Paşinyan yekun sülh sazişinin indiyə qədər razılaşdırılmış 13 bəndin üzərindən imzalanması ilə bağlı məntiqsiz təklifini gündəmə gətirərkən, əsas məqsədin məhz Azərbaycana qarşı antitəbliğat bəhanəsi yaratmağa cəhd göstərmək olduğu şübhə doğurmurdu.

Rəsmi İrəvan tam dəqiqliyi ilə anlayırdı ki, Ermənistandan fərqli olaraq, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun davranan prinsipial bir dövlətdir. Ona görə də, rəsmi Bakı müzakirəsi davam edən hər hansı sənədi imzalayıb, "yarımçıq sülh sazişi" probleminə imkan verməz. Buna əmin olan Paşinyan hakimiyyəti də məhz belə məkrli manipulyasiyalarla Azərbaycana qarşı beynəlxalq "əks təbliğat bəhanəsi" qazanmaq niyyətindədir. Və erməni nazirin açıqlamaları da elə bu məkrli kampaniyanın tərkib hissəsidir.

Halbuki, Ermənistan baş naziri Nikol Paşinyan yekun sülh sazişindən danışarkən, bu sənədin üzərində müzakirələrin yekunlaşmadığını etiraf etmək məcburiyyətində qalıb. O, bildirib ki, indiyə qədər razılaşdırılmış 13 bəndin hələlik gizli saxlanması daha doğru yanaşmadır. Erməni baş nazir hesab edir ki, həmin yarımçıq sənədin təktərəfl şəkildə ictimailəşdirilməsi diplomatik anlamda yolverilməzdir. Bununla belə, erməni baş nazir yekun sülh sazişinin diplomatik münasibətlərin qurulmasını, qarşılıqlı olaraq, ərazi bütövlüyünün tanınmasını və bu sənədin icrasına nəzarət edəcək ikitərəfli komissiyanın yaradılmasını nəzərdə tutulduğunu da vurğulayıb.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan yekun sülh sazişi ilə bağlı danışarkən, Qarabağ mövzusuna da toxunub. Onun fikrincə, bu məsələ uzun illər bəzi dövlətlər tərəfindən Ermənistana nəzarət mexanizmi kimi istifadə olunub: "Bu münaqişədən Ermənistan dövlətinin sıradan çıxarılması üçün alət kimi istifadə edilib. Ona görə də, BMT tribunasından Ermənistanın maraqlarına uyğun mövzulardan danışmağa üstünlük verdim. Erməni xalqı öz tarixi barədə bütün həqiqətləri bilməlidir. Halbuki, müxalifət Ermənistanın əleyhdarlarının maraqlarını dəstəkləməkdə davam edir".

Göründüyü kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qərb platformalarında "gözyaşı siyasəti" ilə Azərbaycana qarşı ittihamlar irəli sürməyə çalışır. Hələ tam razılaşdırılmamış yekun sülh sazişi üzərindən manipulyasiyalar edərək, Azərbaycana böhtan atır. Bu manipulyasiyaların əsas müəllifi olan Ermənistan baş naziri Nikol Paşinyan isə rəsmi İrəvanın məkrli oyunlarının bumeranq effekti verə biləcəyi ilə bağlı ehtimala hazırlaşmağa üstünlük verir. Erməni müxalifətini "Qarabağ mövzusu"ndan məhrum buraxaraq, Ermənistanın düşmənlərinin maraqlarına xidmət etməkdə suçlayır. Və Paşinyan hakimiyyətinin bu ziddiyyətlərlə yüklənmiş "siyasi kursu" isə Ermənistan cəmiyyətində belə, ciddi çaşqınlıqla qarşılanır.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Ona görə də, Paşinyan hakimiyyəti Ermənistan daxilində olan siyasi böhranın öhdəsindən gəlməkdə çətinlik çəkir. Rusiyaya bağlı Qaradağ klanı və erməni kilsəsi ilə qarşıdurma rəsmi İrəvan üçün kifayət qədər ciddi problemlər yaratmaqda davam edir. Halbuki, bu daxili böhranı öz xeyrinə həll etmək üçün Paşinyan hakimiyyətinə ilk növbədə Ermənistan cəmiyyətini gündəmə gətirdiyi narrativlərə inandırması həlledici faktordur. Və rəsmi İrəvanın ziddiyyətli mövqeyi onu bu hədəfdən hələlik uzaq tutur.

Təbii ki, belə situasiyada Paşinyan hakimiyyəti Rusiyaya bağlı müxtəlif qüvvələrin - Qarabağ klanı və erməni kilsəsinin kütləvi etiraz aksiyalarına məruz qalmaqda davam edir. Belə ki, müəyyən fasilədən sonra erməni kilsəsi keşiş tərəfindən Baqrat Srbazan yenidən küçə və meydanlara geri qaytarılıb. Hər halda, Paşinyan hakimiyyəti kimi, Rusiyaya bağlı müxalifət qüvvələrinin də növbəti parlament seçkilərinə hazırlaşdığı qətiyyən şübhə doğurmur. Erməni kilsəsinin idarə etdiyi revanşist müxalifət düşərgəsinin əsas hədəfi isə ilk növbədə Paşinyan hakimiyyətinin seçkilərə qədər devrilməsini təmin etməkdir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Paşinyan Qarabağla bağlı səhvini etiraf etdi
Paşinyan Qarabağla bağlı səhvini etiraf etdi
Azərbaycanda kimlər daha tez pensiya ala bilər?
Azərbaycanda kimlər daha tez pensiya ala bilər?