Azərbaycan İdeyası

Pentaqon: Əməliyyata başladıq

Tarix:14-11-2025, 11:12
Baxış Sayı:3

Pentaqon: Əməliyyata başladıq

ABŞ Müdafiə Nazirliyi Qərb yarımkürəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədi daşıyan “Cənub nizəsi” (Southern Spear) əməliyyatının başladığını elan edib.

Bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset  X sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün mən “Cənub nizəsi” əməliyyatını elan edirəm. Birgə Əməliyyat Qrupu “Cənub nizəsi” və ABŞ Cənub Komandanlığının rəhbərlik etdiyi bu missiya vətənimizi müdafiə edəcək, narko-terrorçuları yarımkürəmizdən çıxaracaq və millətimizi xalqımızı öldürən narkotiklərdən qoruyacaq. Qərb yarımkürəsi Amerikanın ərazisidir və biz onu müdafiə edəcəyik", - amerikalı nazir  Heqset sosial mediada yazıb.

Qeyd edək ki, Amerikanın “CBS News” telekanalının  verdiyi xəbərə görə, hərbi rəsmilər Ağ Evdə ABŞ prezidenti Trampla görüş keçirib.
Venesuela ilə bağlı son vəziyyətin müzakirə edildiyi və bu ölkənin ərazisinə hücum da daxil olmaqla bütün yenilənmiş hərbi variantların Trampa çatdırıldığı görüşdə Karib regionu üçün təhlükəsizlik addımları müzakirə edilib.

Telekanalın məlumatına görə, görüşdə ABŞ-ın hərbi naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. Lakin Venesuela ilə bağlı yekun qərar verilməyib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov