Azərbaycan İdeyası

Paşinyan: Bəziləri narahat ola bilər, amma İrəvan Ankara–Bakıya tranzit açmağa hazırdır

Tarix:30-10-2025, 13:27
Baxış Sayı:3

Paşinyan: Bəziləri narahat ola bilər, amma İrəvan Ankara–Bakıya tranzit açmağa hazırdır

“Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və bu, bir reallıqdır. Biz bunu praktikada görür və hiss edirik”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda çıxışı zamanı deyib.

"Bilirsiniz ki, ABŞ-ın paytaxtı Vaşinqtonda biz Azərbaycan Prezidenti ilə sülh bəyannaməsi qəbul etdik və Prezident Tramp şahid qismində bunu imzaladı. Bu, təkcə Azərbaycanla ikitərəfli münasibətlərimizdə deyil, həm də regionumuzda bütövlükdə iqtisadi əməkdaşlığın ilk mərhələsinə qədəm qoyub, ilk dəfə olaraq iqtisadi əməkdaşlığın real mərhələsinə keçid baş verib”, – Paşinyan vurğulayıb.

Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunan Paşinyan qeyd edib ki, Ermənistan və ABŞ ikitərəfli əsasda “Tramp yolu” proqramını da həyata keçirəcək: “Biz ABŞ ilə fəal işləyirik və çox mühüm nüans var: regional əməkdaşlıq, anladığımız kimi, o deməkdir ki, həm Ermənistan, həm də Azərbaycan bir-birinin ərazisindən daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün istifadə edə biləcəklər. Bu, o deməkdir ki, ərazimiz vasitəsilə beynəlxalq tranzit üçün yeni marşrut açılacaq və hazırkı qlobal təchizat zənciri böhranını nəzərə alsaq, bu, beynəlxalq ticarət baxımından vəziyyəti, eləcə də regionumuzdakı durumu dəyişə bilər”.

Paşinyan əlavə edib ki, Vaşinqtonda qəbul edilmiş sülh bəyannaməsinə görə, Ermənistan Azərbaycanla kommunikasiya kanallarını açmalıdır. O, bu prosesin iki ölkə arasında sərhədlərin açılmasını da əhatə edəcəyinə ümid etdiyini bildirib.

“Bilirsiniz, bu yaxınlarda Azərbaycan öz ərazisindən Ermənistana tranzit daşımalara qoyulan bütün məhdudiyyətlərin götürüldüyünü elan etdi. Bu, çox mühüm elandır. Bu, Azərbaycanın həqiqətən də tarixi qərarıdır və biz bunu yüksək qiymətləndiririk”, – Paşinyan deyib.

Bununla belə, Paşinyan onu da bildirib ki, Ermənistan da Azərbaycana kommunikasiya marşrutlarını açmağa hazırdır: “Mən bu yaxınlarda bildirdim ki, Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə yük maşınları üçün marşrut açmağa hazırıq.

Mən başa düşürəm ki, regional kommunikasiya marşrutlarımızın açılmasında maraqlı olmayan qüvvələr ola bilər, amma reallıqda bu layihə bütün oyunçular üçün faydalıdır”, – Nikol Paşinyan vurğulayıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Kamal Hacıyev: Tarixin axarını dəyişən iradə – Heydər Əliyev və müasir Azərbaycanın sarsılmaz dayaqları
Kamal Hacıyev: Tarixin axarını dəyişən iradə – Heydər Əliyev və müasir Azərbaycanın sarsılmaz dayaqları
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır