Azərbaycan İdeyası

Rus ideoloq Mehdiyevin həbsindən yazdı: “Boz kardinalın süqutu...”

Tarix:20-10-2025, 10:11
Baxış Sayı:2

Rus ideoloq Mehdiyevin həbsindən yazdı: “Boz kardinalın süqutu...”

Qafqaz məsələləri üzrə ekspert Sergey Markedonov Azərbaycanın sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən təhlil yayıb.

Tanınmış rusiyalı politoloqun fikrincə, bu hadisə təkcə keçmiş “boz kardinal”la bağlı xəbər deyil, ölkənin siyasi elitasında gedən dərin transformasiyanın göstəricisidir.

Markedonov qeyd edir ki, Prezident İlham Əliyevin qurduğu yeni idarəetmə modelində “köhnə qvardiyanın” rol və təsir imkanları artıq tükənib: 

“Mehdiyev 24 illik fəaliyyətdən sonra 2019-cu ildə vəzifədən uzaqlaşdırılsa da, onun siyasi təsiri uzun müddət davam etdi. Lakin post-Qarabağ dövründə bu xətt artıq yükə çevrildi. Yeni reallıqlarda Azərbaycanı idarə etmək üçün fərqli düşüncə, çevik komanda və müasir yanaşma tələb olunur”.

Ekspert vurğulayır ki, Ramiz Mehdiyevin ətrafında gedən istintaq və diskussiyalar əslində, Azərbaycanın yeni siyasi fazaya keçidinin təzahürüdür:

“Söhbət təkcə bir şəxsdən yox, bütöv sistemin yenilənməsindən gedir. Köhnə təsir mərkəzləri tədricən arxa plana keçir, 1990-cı illərin regional monopoliyaları isə öz gücünü itirir.”

Markedonov İlham Əliyevin bu prosesdə liderlik rolunu xüsusi qeyd edir:

“Əliyev daxili siyasətdə raket kimidir. Onu orbitə çıxaran köhnə pillələri bir-bir geridə qoyur. Yeni mərhələdə bu raket artıq öz orbitindədir və köhnə dayaqlara ehtiyac duymur”.

Analitiklər hesab edirlər ki, Ramiz Mehdiyevin həbsi Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsidir. Bu, yalnız bir şəxsin süqutu deyil, yeni siyasi nəsil və idarəetmə fəlsəfəsinin yüksəlişidir.

Sergey Markedonov Rusiyanın tanınmış politoloqu, tarixçi və Qafqaz regionu üzrə aparıcı ekspertlərindən biridir. O, Moskva Dövlət Humanitar Universitetinin professoru, həmçinin Rusiya Beynəlxalq Münasibətlər Şurasının (RIAC) eksperti kimi fəaliyyət göstərir. Markedonov uzun illərdir Cənubi Qafqaz, postsovet məkanı və etnopolitik münaqişələr mövzularında araşdırmalar aparır, Rusiya, ABŞ və Avropa mətbuatında mütəmadi analitik məqalələrlə çıxış edir. Onun araşdırmaları, xüsusilə Azərbaycan, Ermənistan və Gürcüstan siyasətinə obyektiv yanaşması ilə fərqlənir.//Musavat.com 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov