Azərbaycan İdeyası

338 namizəddən kim - Qalib olacaq?

Tarix:10-10-2025, 11:10
Baxış Sayı:3

338 namizəddən kim - Qalib olacaq?

Bu gün Sülh üzrə Nobel mükafatının qalibi elan ediləcək.

“Qalibin kimliyinin Bakı vaxtı ilə 13:00-da açıqlanması gözlənilir.

Nobel institutunun nümayəndəsi Erik Oshaym Osloda jurnalistlərə bildirib ki, Nobel komitəsi oktyabrın 7-də məsələ ilə bağlı sonuncu iclasını keçirib və bu il üzrə həmin mükafata layiq görüləcək laureatı seçib.

Onun sözlərinə görə, həmin iclas zamanı son düzəlişlər edilib.  

Qeyd edək ki, son zamanlar Nobel Sülh mükafatına potensial namizəd olaraq ABŞ Prezidenti Donald Trampın adı hallanır. İspaniyanın “El Pais” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Trampın adı bu kateqoriya üzrə namizədlər siyahısına daxil edilib. Buna əsas olaraq isə ABŞ liderinin ikinci prezidentliyi dövründə ölkələr arasında bir neçə münaqişəyə son qoyması göstərilib.

Dünən isə İsrail və HƏMAS hərəkatı arasında atəşkəs razılaşmasından sonra İsrailin Baş naziri Benyamin Netanyahu Trampa Nobel Sülh Mükafatının verilməsinə dair çağırış edib. 

Bundan əvvəl, Azərbaycan Prezidenti İlham Əliyev bu il avqustun 8-də Vaşinqtonda keçirilən görüş zamanı Azərbaycan və Ermənistanın D.Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürəcəyini bildirmişdi. O bu zaman qeyd edib ki, Trampa Sülh Mükafatının verilməsi üçün Nobel Komitəsinə birgə ərizə göndəriləcək.

Ümumilikdə isə bu il 338 namizəd nəzərdən keçirilib, onlardan 224-ü fiziki şəxs, 94-ü isə təşkilatdır.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov