Azərbaycan İdeyası

Qazaxıstandan Rusiyaya böyük zərbə – tranzit blokadası və yeni geosiyasi risklər

Tarix:8-10-2025, 09:00
Baxış Sayı:5

Qazaxıstandan Rusiyaya böyük zərbə – tranzit blokadası və yeni geosiyasi risklər

Qazaxıstan prezidenti Kassım-Jomart Tokayevin ABŞ-a səfəri fonunda Astananın Rusiyaya qarşı atdığı addımlar Moskva üçün ciddi siqnal kimi qiymətləndirilir.

""PolitNavigator" nəşrinin məlumatına görə, Qazaxıstan artıq Rusiya ilə yük daşımalarına məhdudiyyətlər tətbiq edib.

Tokayevin Vaşinqton səfəri ilə eyni vaxtda Çin istiqamətindən gələn yüklərin Rusiya üzərindən keçidi dayandırılıb. Bəzi hallarda Rusiya istehsalı olan mallar Uralsk və Atırau bölgələrində saxlanılıb. Analitiklər hesab edirlər ki, bu, Qazaxıstanın Qərbə yönələn kursunun açıq göstəricisidir — Astana artıq Moskvanı iqtisadi blokadaya almağa hazır olduğunu nümayiş etdirir.

Məqalədə qərəzli şəkildə qeyd olunur ki, Qazaxıstanın “türk inteqrasiyası” adı altında həyata keçirdiyi kurs əslində Qərbə yönəlmiş siyasi və iqtisadi çevrilmədir. ABŞ-ın USAID proqramı vasitəsilə sərhədlərə “kəşfiyyat xarakterli gömrük sistemləri” quraşdırılıb, Avropa və ABŞ nümayəndələri bu nəzarət mexanizmlərində birbaşa iştirak edirlər.
Qazaxıstan bankları isə ikinci dərəcəli sanksiyalardan ehtiyat edərək Rusiya ilə əməkdaşlıq edən müəssisələrə kredit verməyi dayandırıblar.

Rusiya və Çin üçün Qazaxıstan üzərindən keçən tranzit artıq təhlükəli sayıldığından, Şanxay Əməkdaşlıq Təşkilatının son toplantısında “Sibir Gücü–2” qaz kəmərinin Qazaxıstan ərazisindən deyil, Monqolustan üzərindən çəkilməsi qərara alınıb. Bu, Moskva üçün həm iqtisadi, həm də strateji itki kimi dəyərləndirilir.

Məqalədə o da yazılıb ki, Qazaxıstan formal şəkildə KTMT üzvü qalsa da, NATO ilə birgə təlimlərdə fəal iştirak edir. PolitNavigator narahatlıqla yazır ki, Türk Dövlətləri Təşkilatının (TDT) hərbi-siyasi bloka çevrilməsi Moskvanın logistikasına birbaşa təhdid yaradır.
Xüsusilə “Şimal–Cənub” marşrutu, İranla əlaqələr və Xəzər dənizi üzərindən gedən ticarət xətləri Rusiya üçün daha riskli mühitə çevrilib.

Ekspertlərin fikrincə, Qazaxıstanın bu kursu Rusiyaya çoxmilyardlıq iqtisadi itkilər gətirə bilər. Mənbə iddia edir ki, Ukraynanın dron hücumları Orenburq və Başqırdıstan bölgələrinə yaxın məsafələrdən həyata keçirilir və bu, Qazaxıstan ərazisindən istifadə ehtimalını da gündəmə gətirir.

Məqalədə vurğulanır ki, Vaşinqton və Londonun dəstəyi ilə Qazaxıstan “Transxəzər dəhlizi”nin əsas mərkəzinə çevrilməkdədir. Yeni marşrut artıq Ukraynanı da əhatə edir və məqsəd Qazaxıstanın enerji və xammal ixracını Rusiyadan yan keçməklə Avropaya yönəltməkdir.

PolitNavigator bu prosesi “anglosakson genişlənməsinin Orta Asiyada yeni mərhələsi” kimi xarakterizə edir.

Rusiyalı ekspertlər xəbərdarlıq edirlər ki, Qazaxıstanın bu geosiyasi dönüşü Moskva üçün ciddi təhlükə yarada bilər. Əgər Astana bu kursdan dönməzsə, Orta Asiyada Rusiyanın sərhədləri boyunca “düşmən dövlətlər zənciri” formalaşa bilər.

Bu vəziyyət Rusiyanın əsas ixrac marşrutlarının iflic olması, yəni “logistik kollaps” riski ilə nəticələnə bilər.(musavat.com)

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov