Azərbaycan İdeyası

Rusiyaya “hücum” başladı: SSRİ-dən sonra ilk yaşanır

Tarix:2-10-2025, 09:11
Baxış Sayı:2

Rusiyaya “hücum” başladı: SSRİ-dən sonra ilk yaşanır

ABŞ Prezidenti Donald Trampın son açıqlamaları beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub. O, Rusiya sahillərinə nüvə sualtı qayıqları göndərdiyini bildirib və bunun sadəcə “ehtiyat tədbiri” olduğunu vurğulayıb.

Tramp bu qərarı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə silahı ilə bağlı açıqlamalarından sonra verdiyi söyləyib.

ABŞ Rusiya ilə qarşıdurmaya hazırlaşır? Ağ Ev rəhbərinin bu addımı Moskva ilə münasibətlərə necə təsir göstərəcək?

 Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, ABŞ və Rusiya arasında münasibətlər son dövrlərdə daha da gərginləşməkdədir:

“Alyaska görüşündən sonra Rusiya Prezidenti Vladimir Putin Trampa müəyyən vədlər versə də, xüsusilə Ukrayna Prezidenti Voldimir Zelenski ilə danışıqlar məsələsində sözünü tutmadı. Əksinə, hazırda da Ukrayna şəhərlərini və infrastrukturunu bombalamağa davam edir. Belə bir şəraitdə Donald Tramp bu münaqişəni qısa müddətdə bitirmək istəyir. Lakin Rusiyanın işğalçı ritorikası buna imkan vermir. Ağ Ev rəhbərinin mövqeyində də ciddi dəyişikliklər müşahidə olunur. Zelenski Trampla görüşdə qeyd etdi ki, onun mövqeyi Ukraynaya daha yaxındır. ABŞ prezidenti bundan sonra NATO-ya ən güclü silahları göndərməyə davam edəcəyini açıqladı. Bu silahların Ukraynaya yönəldiyi də açıq şəkildə bəllidir. Beləliklə, Tramp Vaşinqtonun Kiyevin yanında olduğunu nümayiş etdirir. Bu vəziyyətin əsas səbəbkarı isə Rusiyanın aqressiv mövqeyidir. Ağ Ev Kremlə qarşı maksimal təzyiq kampaniyasını həyata keçirməyə çalışır”.

Politoloqun fikrincə, ABŞ-ın Avropa dövlətlərindən Rusiyanın neft və qazını almağı dayandırmağı tələb etməsi, həmçinin nüvə silahı ilə təchiz olunmuş sualtı qayıqları bu ölkənin yaxınlığında yerləşdirməsi bir məqsədə xidmət edir:

“Bütün bunlar Putini masa arxasına əyləşdirmək və atəşkəs razılaşmasının əldə olunmasına nail olmaq üçündür. Lakin belə bir vəziyyət hələlik real görünmür. Çünki Putin Ukraynada məqsədlərinə çatmağa çalışır. Xüsusilə Donbası qısa müddətdə tam olaraq nəzarətə götürmək istəyir. Hər gün baş verən hücumlar da göstərir ki, Moskva geri çəkilmək niyyətində deyil.


Sultan Zahidov

ABŞ-ın sualtı nüvə başlıqlı qayıqlar yerləşdirməsi olduqca təhlükəli tendensiyadır və 1945-1990-cı illər arasında müşahidə olunan “Soyuq müharibə” dövrünü xatırladır. O müddətdə ABŞ və SSRİ bir-birini nüvə silahı ilə təhdid edirdi. İndi də Rusiyanın nüvə ritorikasını tez-tez səsləndirdiyini görürük. ABŞ isə eyni ritorika ilə cavab verməsi vəziyyəti daha da gərginləşdirir. Rusiya artıq Avropanın şərq qanadına hücumlar təşkil edir ki, bu da NATO-nun reaksiyasını yoxlamaq məqsədi daşıyır. Lakin olduqca təhlükəli oyundur. NATO da paralel olaraq şərq cinahına daha çox ordu və texnika cəmləşdirir. Nəticə olaraq Rusiya və alyans silahlarını hazırda bir-birilərinə tuşlamış vəziyyətdədirlər. Hər hansı bir yanlış addım növbəti eskalasiyaya səbəb ola bilər”.

Zahidovun sözlərinə görə, bu vəziyyət “Hobbs dilemması” kimi tanınan qarşılıqlı qorxu və gərginlik mühitini xatırladır:

“Soyuq müharibə” dövründə də oxşar vəziyyət yaşanmışdı. Əgər Rusiya proseslərdən nəticə çıxarmaz və danışıqlar masasına əyləşməzsə, ABŞ və Avropa ölkələrinin təzyiqləri daha da artacaq. Ukraynaya daha çox silah-sursat göndərilməsi isə müharibənin uzanması ilə yanaşı, tərəflər arasında birbaşa toqquşma riskini də artırır”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov