Azərbaycan İdeyası

İranın qara günləri başladı

Tarix:1-10-2025, 09:26
Baxış Sayı:0

İranın qara günləri başladı

"Nəhayət, İran hakimiyyətinin qorxulu yuxusu gerçəkləşdi: sentyabrın 26-da BMT Təhlükəsizlik Şurası İrana qarşı "snapback" və ya tətik mexanizminin işə salınmasına, yəni 2015-ci il nüvə razılaşması ilə icrası dayandırılmış beynəlxalq sanksiyaların bərpasına yaşıl işıq yandırdı. Həmin gün Rusiya və Çinin bu mexanizmin işə düşməsinin 6 aylığa təxirə salınmasına dair təqdim etdiyi qətnamə layihəsi 4 lehinə, 9 əleyhinə və 2 bitərəf səs alaraq qəbul olunmadı və İranı xilas etmək üçün son cəhd uğursuzluğa düçar oldu".

"Bu barədə "Azad İran" "YouTube" kanalının təqdim etdiyi videosüjetdə bəhs edilir.

"Qeyd edək ki, tətik mexanizminin işə salınması üzrə proses Avropa üçlüyü - Böyük Britaniya, Almaniya və Fransa tərəfindən avqustun 28-də başladılmış və İrana 30 gün vaxt verilmişdi. Lakin bu müddətdə Avropa, eləcə də ABŞ rəsmiləri ilə dəfələrlə aparılan danışıqlarda İran tərəfi nüvə razılaşması ilə müəyyən olunan öhdəliklərinin icrası ilə bağlı konkret və aydın addımlar təkli etmədi, hətta sentyabrın 10-da Beynəlxalq Atom Enerjisi Agentliyi ilə Qahirədə əldə olunmuş razılaşma da İranı bu təhlükəli sonluqdan xilas edə bilmədi" , - deyə materialda vurğulanır.

Süjetdə bildirilir ki, beləliklə, 10 il əvvəl Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan nüvə sazişinin imzalanması ilə ləğv edilən BMT sanksiyaları 28 sentyabr 2025-ci ildə Tehran vaxtı ilə səhər saat 3:30-dan etibarən bərpa olunub:

"Xatırladaq ki, razılaşmanın məqsədi bəzi sanksiyaların ləğvi müqabilində İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq idi. İran mediası bununla əlaqədar Tehranla "Altılıq ölkələri" arasında 2015-ci ilin iyul ayında imzalanmış "nüvə sazişinin ölümü" barədə başlıqlar dərc edib. Bu metaforadan istifadə etsək, deməliyik ki, saziş hələ 2018-ci ilin may ayında Donald Trampın birinci prezidentliyi dövründə ABŞ-nin həmin sazişdən birtərəfli qaydada çıxması ilə "ciddi xəsarət almışdı". İndi, Donald Trampın İrana qarşı maksimal təzyiq siyasəti fonunda BMT sanksiyalarının bərpa edilməsi ilə sözün həqiqi mənasında İranın qara günlərinin başladığını söyləyə bilərik. Bunun belə olduğuna əmin olmaq üçün bərpa olunan sanksiyaların siyahısına və əhatə dairəsinə nəzər salmaq kifayətdir".

Daha ətraflı videosüjetdə:

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki