Azərbaycan İdeyası

İpək Yolunun ən qədim şəhəri Çində tapıldı

Tarix:2-01-2025, 09:50
Baxış Sayı:7

İpək Yolunun ən qədim şəhəri Çində tapıldı

Çində arxeoloqlar İpək Yolunun ən qədim şəhərlərindən birini aşkar ediblər. Bu şəhərin Şan sülaləsinə aid olduğu və 3000 ildən çox yaşı olduğu müəyyən edilib.

bu barədə "Interesting Engineering" jurnalına istinadən xəbər verir.

Şəhər qədim Şan sülaləsinin dövrünə aid edilən Niuluçonq adlı yaşayış məskəni kimi tanınır. O, Linnan bölgəsində yerləşir və İpək Yolunun başlanğıc nöqtələrindən biri hesab olunur.

İlk araşdırmalar zamanı arxeoloqlar bu yaşayış məskəninin erkən neolit dövründən Şan sülaləsinin ilk dövrlərinə qədər uzanan dövrlərə aid olduğunu təxmin edirdilər. Lakin daha dərindən araşdırmalar göstərdi ki, bu, Şan sülaləsinin son dövrlərinə aid qədim şəhərdir.

Arxeoloq Xe Anyi bildirib ki, qazıntı sahəsində şəhər divarlarının yaxşı qorunub saxlanıldığı aşkar edilib. Qərb divarının ən yüksək hissəsi 1,4 metr hündürlükdədir.

Qazıntılar zamanı kül çuxurları, dirək yuvaları, keramika, daş alətlər və bronz qılıncın qalıqları tapılıb. Ancaq qılıncın vəziyyətinin çox pis olması onun təsdiqlənməsini çətinləşdirir.

Arxeoloqlar həmçinin qazıntı yerindəki xəndəklərin qeyri-adi olduğunu və o dövrün digər yaşayış məskənlərindən fərqləndiyini bildiriblər. Bu, inkişaf etmiş bir xüsusiyyətin və ya o dövr üçün nadir olan bir yeniliyin göstəricisi ola bilər.

Şan sülaləsinin erkən dövrlərinə aid bu qədim şəhərdə araşdırmalar davam etdiriləcək. Tapılan artefaktlar, qədim Çinin ikinci ən qədim idarəçiliyi olan Şan sülaləsi (e.ə. 1600-1050) və Linnan bölgəsi haqqında daha ətraflı məlumatlar əldə etməyə imkan verəcək. /Qaynarinfo

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov