Azərbaycan İdeyası

Almaniyada böhran: səbəbkarı Ukraynadır

Tarix:11-11-2024, 12:43
Baxış Sayı:0

Almaniyada böhran: səbəbkarı Ukraynadır

Almaniyada hakim koalisiyasının parçalanmasına və bunun nəticəsində yaranan siyasi böhranın əsas səbəbi kimi  Ukraynadakı münaqişə göstərilir.

Almaniyadakı siyasi böhran kansler Olaf Şoltsun maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad etməsindən sonra yaranıb. Çünki maliyyə naziri Linderni Şoltsun ​​Ukraynaya maliyyə dəstəyinin artırılması təkliflərini dəstəkləməyib.

Lindnerin istefasından sonra koalisiyaya daxil olan digər siyasi partiyaların təmsilçiləri koalisiyanı tərk etdiyini bəyan ediblər.

Koalisiyanı tərk edən partiyalar Şoltsu şüurlu və ya şüursuz şəkildə "yaşıl" gündəliyi seçərək və ucuz Rusiya enerji resurslarından imtina edərək, Avropanın ən güclü iqtisadiyyatını məhv etməkdə ittiham ediblər. 

Britaniyalı ekspert Aleksandr Merkuris “The Duran” YouTube kanalında açıqlamasında bildirib ki, Almaniyadakı siyasi böhranın mənbəyi Ukraynadakı problemlərdir.

Onun sözlərinə görə, Almaniya siyasətindəki böhran Ukraynanın üçüncü ölkələrin daxili siyasi sabitliyinə necə təsir göstərə biləcəyini açıq şəkildə nümayiş etdirir.

Britaniyanın nəşri "The Telegraph"ın  yazdığına görə, maliyyə naziri Kristian Lindnerin istefası enerji siyasəti və iqlim məsələlərində fikir ayrılıqları səbəbindən Almaniya hökumətində siyasi böhrana səbəb olub. Bunun nəticəsində gələn ilin martında ölkədə növbədənkənar seçkilərin keçirilə biləcəyi gözlənilir.

Yaranmış böhranla bağlı ADR telekanalına açıqlama verən kansler Şolts deyib ki, koalisiyasının dağılmasının qəsdən edildiyi barədə səslənən ittihamları rədd edib: "Üç partiyalı koalisiyanı qoruyub saxlamaq üçün sona qədər mübarizə apardım, amma alınmadı, əməkdaşlıq mümkün olmadı". 

Şolts siyasi böhrandan çıxış yolu kimi parlamentdə etimad səsverməsi keçirilməsini təklif edir. Əgər Bundestan (parlament) sözügedən təklifi qəbul etməzsə, o zaman prezident kanslerin təklifi ilə 21 gün ərzində parlamenti buraxır.

Şolts etimad səsverməsi zamanı lazımi səs qazanmasa, o zaman Almaniya prezidenti Frank-Valter Ştaynmayerdən  növbədənkənar seçki keçirməyi xahiş edəcək. Bundan sonra 60 gün ərzində Almaniyada seçkilər keçirilə bilər.
Lakin kansler Şolt etimad səsi alarsa, o zaman 28 sentyabr 2025-ci ildə keçiriləcək ümumi seçkilərə qədər vəzifəsini davam etdirəcək.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov