![]()
20 İllik Təcrübə
“Hacı Turqay” şirkəti 2006-cı ildən etibarən başlayan fəaliyyətindən bu günə qədər sürətlə böyüyərək, istehlakçının ən sevdiyi məhsulları təqdim edən müəssisələrdən birinə çevrilib.
100-dən artıq çeşiddə təqdim olunan halal kolbasa və delikates ət məhsullarını artıq 16 ildir ki, sizin üçün istehsal edirik!
Keyfiyyətə Nəzarət
Müasir avadanlıqlarla təchiz olunan müəssisəmizdə istehsal edilən bütün məhsullar gigiyenik və halal sertifikatlı xammallardan hazırlanır.
“M&T” LTD 1993-cü ildə istehsal gücü 200-300 kq olan və cəmi 10 adda kolbasa məhsulları istehsal edən müəssisə kimi fəaliyyətə başlamışdır. Həmin vaxt müəssisənin istehsalat sahəsi 146 kv metr olmuşdur..
Hal-hazırda müasir tələblərə cavab verən istehsalat kompleksinin tikintisi başa çatdırılmış, əvvəlki istehsalat sexinin yerində sutka ərzində 10 ton kolbasa və delikates ət məmulatları istehsal etməyə qadir, ən müasir avadanlıqlarla təchiz edilmiş və istehsal sahəsi 1440 kv metr olan yeni bir müəssisə inşa edilmişdir.
Bu gün yerli bazarda müvafiq qida sektorunda ”M&T” LTD firması özünəməxsus yer tutur. Hal-hazırda müəssisə ənənəvi və müəssisənin texnoloqları tərəfindən hazırlanmış resepturalar əsasında bişmiş, bişirilmiş hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş 100-dən artıq çeşiddə yüksək keyfiyyətli kolbasa və müxtəlif növ delikates ət məmulatları, sosiska və sardelkalar istehsal edir.
Məhsulların yüksək keyfiyyəti xammal və materialların ciddi seçimi, səriştəlı işçi heyəti, müasir avadanlıq və mütərəqqi texnologiyaların istehsala tətbiqi sayəsində əldə edilir. Firma tərəfindən yüksək texnoloji standartlar əsasında istehsal edilmiş kolbasa məhsulları və delikateslər Bakıda və Azərbaycanın bölgələrində “Sevimli Dad” firma mağazalar şəbəkəsi və iri marketlər vasitəsilə realizə edilir.
Bu məqsədlə firmamızda vakuum qablaşdırmadan istifadə olunur. Vakuum qablaşdırmanın üstün cəhətləri ondan ibarətdir ki, o, məhsulun tərkibində mikrofloranın inkişafının qarşısını alır, məhsulun əmtəə görünüşünü saxlayır, saxlama və daşınma zamanı çəki itkisinin qarşısını alır. İstehsal olunan bütün məhsulların uyğunluq və gigiyenik sertifikatları vardır. Deməli, bizim firmamızın qida sektorunda həqiqətən də özünəməxsus yeri vardır. Biz xalqımıza xidmət etməyimizlə fəxr edirik !
Proses - Firmaya daxil olan xammal və köməkçi materiallar üç mərhələdə yoxlamadan keçir. İlk növbədə alınan zaman – yəni yalnız uyğunluq və gigiyenik sertifikatı olan xammallardan istifadə olunur. Daha sonra firmada baytar həkimi tərəfindən yoxlanılır və nəhayət texnoloji prosesin sonunda bütün məhsullar kimyəvi və bakterioloji müayinədən keçir. Analizlərin aparılması üçün firmanın müasir avadanlıqlarla təchiz edilmiş və akkreditasiya olunmuş istehsalat-sınaq laboratoriyası mövcuddur.