Azərbaycan İdeyası

"Sədərək"dəki reklamlar niyə sökülür? - RƏSMİ AÇIQLAMA

Tarix:14-10-2025, 09:15
Baxış Sayı:1

"Sədərək"dəki reklamlar niyə sökülür? - RƏSMİ AÇIQLAMA

"Sədərək" Ticarət Mərkəzində yerləşən reklam qurğularının sökülməsi ilə bağlı məlumat yayılıb.

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) məsələyə münasibət bildirib.

Qurumun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə əsasən, Agentlik "Reklam haqqında" Qanuna uyğun olaraq açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, hazırlanması və yayımı sahəsində vahid tənzimləmə və nəzarəti həyata keçirir.

Qurumdan verilən açıqlamada bildirilib ki, "Reklam haqqında" Qanunun 26.1-ci maddəsinə əsasən, açıq məkanda yerləşdirilən reklam torpaq sahələrində, bina və tikililərin fasadlarında, hasarlarında, dam örtüklərində, vitrinlərdə, eləcə də açıq məkan avadanlıqları üzərində və avtomobil yollarının kənarında yerləşdirildiyi hallarda açıq məkanda reklam hesab olunur.

Agentlik qeyd edib ki, qanunvericiliyə əsasən açıq məkanda reklam anlayışı və onun əhatə dairəsi mülkiyyət əsasında müəyyən olunmur.

"İstinad edilən məhkəmə qərarının məzmunu reklam daşıyıcıları ilə deyil, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə əlaqədardır", - qurumdan bildirilib.

Məlumatda həmçinin xatırladılıb ki, Prezidentin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"na əsasən, ADRA açıq məkanda yerləşdirilmiş reklam daşıyıcılarının qanunvericiliyə uyğunluğunu yoxlayır və zərurət yarandıqda onların sökülməsi barədə qərar qəbul edir.

Agentlik bildirib ki, hazırda ölkə üzrə açıq məkandakı reklam daşıyıcılarının yenilənməsi, onların "Reklam haqqında" Qanuna, Nazirlər Kabinetinin müəyyən etdiyi standartlara və texniki tələblərə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Reklam qurğularına Texniki Tələblər"ə əsasən, reklam qurğuları şəhərsalma və tikinti normalarına, eləcə də sanitariya tələblərinə uyğun şəkildə layihələndirilməli, hazırlanmalı və yerləşdirilməlidir.

Agentlikdən bildirilib ki, aparılmış yoxlamalar zamanı "Sədərək" Ticarət Mərkəzinin kənarında yerləşən bir sıra reklam daşıyıcılarının bu tələblərə cavab vermədiyi müəyyən edilib:

"Sözügedən reklamlar Ticarət Mərkəzinin daxilində deyil, yol kənarından açıq şəkildə görünən, paytaxtın əsas giriş yollarından birində yerləşən və açıq məkana ünvanlanan sahələrdə quraşdırılıb. Bu reklamlar həm texniki, həm də estetik baxımdan müəyyən edilmiş standartlara cavab vermir".

Qurum əlavə edib ki, Agentlik sahibkarların mülkiyyət hüququna hörmətlə yanaşır, lakin ictimai məkanın estetik görünüşünün qorunması, şəhər mühitində təhlükəsizliyin təmin edilməsi və qanunvericiliyin tələblərinə riayət olunması prioritet məsələ olaraq qalır.

"Bu səbəbdən həyata keçirilən tədbirlər sahibkarlıq fəaliyyətinə müdaxilə deyil, qanunvericiliyin tələblərinin icrasına və ictimai maraqların qorunmasına yönəlib", - deyə açıqlamada vurğulanıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki