Azərbaycanın nəqliyyat və logistika sahəsində önəmli bir mövqeyə sahib olan Abşeron Logistika Mərkəzi ölkənin iqtisadi inkişafına böyük töhfə verir. Bu mərkəzin uğurlu fəaliyyətində ən önəmli rollardan birini isə İdarə Heyətinin sədri Ziya Ağayev oynayır. O, rəhbərliyi dövründə mərkəzin fəaliyyətini müasir standartlara uyğunlaşdırmış, beynəlxalq arenada tanınan etibarlı bir logistika mərkəzinə çevrilməsini təmin etmişdir.
Ziya Ağayev rəhbər kimi yüksək peşəkarlığı və strateji yanaşmaları ilə seçilir. Onun idarəetmə bacarığı sayəsində Abşeron Logistika Mərkəzi logistika sahəsində ən müasir texnologiyaların tətbiq olunduğu, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən bir quruma çevrilmişdir. Mərkəzin xidmətlərinin genişləndirilməsi, regional və beynəlxalq əlaqələrinin gücləndirilməsi onun uzaqgörən siyasətinin nəticəsidir.
Ziya Ağayev rəhbərliyi dövründə innovasiya və texnologiyaya xüsusi önəm vermişdir. Abşeron Logistika Mərkəzində rəqəmsal həllərin tətbiqi, avtomatlaşdırılmış sistemlərin qurulması və sürətli xidmət anlayışının genişləndirilməsi onun təşəbbüslərinin parlaq nümunələridir. Bu, mərkəzin həm yerli, həm də beynəlxalq müştərilər üçün daha cəlbedici və rəqabətədavamlı bir struktur olmasını təmin etmişdir.
Ziya Ağayev yalnız peşəkar fəaliyyəti ilə deyil, həm də sosial məsuliyyəti ilə fərqlənir. O, şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırır, onların problemlərinin həllinə dəstək olmaq üçün müxtəlif təşəbbüslər göstərir. Mərkəz daxilində şəhid ailələrinə iş imkanlarının yaradılması, sosial layihələrə dəstək verilməsi onun vətənpərvərlik ruhunu və xalqına olan sevgisini bir daha sübut edir.
Ziya Ağayev ölkənin iqtisadi inkişafına dəstək vermək, Azərbaycanın logistika potensialını artırmaq istiqamətində böyük səylər göstərir. Onun rəhbərliyi ilə Abşeron Logistika Mərkəzi Azərbaycanı regionda mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirmək yolunda irəliləyir.
Ziya Ağayevin işgüzar fəaliyyəti, məsuliyyətli və humanist yanaşması onu həm əməkdaşları, həm də ictimaiyyət arasında hörmətli və sevilən bir şəxsiyyətə çevirib. Onun rəhbərliyi altında Abşeron Logistika Mərkəzinin nailiyyətləri gələcəkdə daha da artacaq və ölkənin inkişafına böyük töhfələr verəcəkdir.
Belə bir liderin fəaliyyəti yalnız mərkəzin deyil, bütövlükdə Azərbaycanın logistika sektorunun uğurlarını artırmağa yönəlmişdir. Bu peşəkar yanaşma və sosial məsuliyyət anlayışı onun fəaliyyətində daim öz əksini tapır.
Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq sertifikata malik, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlamışdır. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda - Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi ilə xidmətinizdədir. Abşeron Logistika Mərkəzinin nəzdində fəaliyyət göstərən “Abşeron” yük dəmir yolu stansiyasına Azərbaycan Dəmir Yolları QSC tərəfindən 548004 beynəlxalq stansiya kodu verilmişdir.
65,7 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, terminal, saxlanma, ofis icarəsi, nəqliyyat və 3PL xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.
Yaradılmış bir pəncərə sistemi ilə yüksək səviyyəli və operativ xidmət göstərilir. Bu sistemin əsas məqsədi ayrı-ayrı məntəqələrdə göstərilən bir sıra xidmətlərin bir nöqtədən həyata keçirilməsi və bununla da vaxta qənaət edərək xərclərin azaldılmasıdır.
Mərkəzin fəaliyyəti dəmir yollarından vaqon və konteynerlərin qəbulu proseslərindən başlayaraq yüklərin ünvana çatdırlmasına qədər avtomatlaşdırılmış proqram təminatı vasitəsi ilə həyata keçirilir. Belə ki, mərkəzdə mövcud olan proqram təminatı Azərbaycan Dəmir Yolları və Dövlət Gömrük Komitəsinin proqram təminatları ilə qarşılıqlı inteqrasiya edilərək “bir pəncərə” sisteminin prinsiplərinə uyğun olaraq sahibkarlar üçün fasiləsiz və şəffaf xidmətin göstərilməsinə şərait yaradır. Bu da öz növbəsində həm Dövlət Gömrük Komitəsi, həm də Azərbaycan Dəmir Yolları tərəfindən qarşılıqlı məlumat mübadiləsini təmin etməklə səmərəliliyi artırır.
Məqsədimiz fəaliyyətimizdə davamlı təkmilləşdirməni əsas tutaraq müştərilərə göstərilən xidmət keyfiyyətinin daha da artırılmasıdır.
Logistikanın asan ünvanı olaraq XİDMƏTİNİZDƏYİK.
Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsinə töhvə vermək.
Avrasiya üzrə aparıcı logistika mərkəzinə çevrilmək.
Biznesimizin təməlində dürüstlük dayandığı üçün verdiyimiz sözlərə görə müştərilərimiz qarşısında məsuliyyət daşıyırıq. Biz özümüz, həmkarlarımız, müştərilərimiz və tərəfdaşlarımız qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq bütün gündəlik işlərimizdə ən yüksək etik standartları tətbiq edirik.
Müasir dövrdə daim dəyişən müştəri tələbatının dolğun ödənilməsi üçün müxtəlif kanallar vasitəsilə yüksək keyfiyyətli, innovativ məhsul və xidmətlərimizi təklif edirik.
Biz, innovasiyaları təşviq edir, daima sektorun qabaqcıl praktika nümunələrini tətbiq etdirik.
Gördüyümüz işlərdə mükəmməlliyi tətbiq etməklə uğurlar əldə edirik. Qarşılaşdığımız maneələrdən də əldə edilə biləcək imkanları görməyə çalışır və həmişə peşəkar səriştəni rəhbər tuturuq.
Müştərilərimizin biznes ehtiyaclarını öyrənərək onların ehtiyaclarına uyğun həllər tətbiq edirik. Biz həmişə qoyduğumuz standartlara riayət edirik və öz işimizə peşəkar şəkildə yanaşırıq. Bütün gördüyümüz işlərin məsuliyyətini qəbul edirik və diqqətimizi müştərilərimiz üçün “ilk seçim” biznes tərəfdaşı olmağa yönəldirik.
Abşeron Logistika Mərkəzi bütün işçilərini özünün ən mühüm dəyəri kimi qiymətləndirir və bütün işçilərin təhlükəsiz və sağlam iş mühitində çalışmasını təmin edir. Təhlükəsiz iş mühitinin yaradılması, yüksək səviyyədə xidmətlərin göstərilməsi və risklərin qarşısının alınması daim diqqət mərkəzindədir.
Fəaliyyətimizin bütün aspektlərində ətraf mühitə təsiri minimuma endirmək məqsədimizdir. Biz çalışırıq ki, gündəlik fəaliyyətimiz ətraf mühitə minimal təsir göstərsin.
Ətraf mühitə qayğı ilə yanaşırıq və “yaşıl” şirkət olmaq üçün səy göstəririk.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]