Azərbaycan İdeyası

Xaçmazın Güvənli Sabahı: Polis Polkovniki Samir Məcidovun Yeni Təyinatı

Tarix:Вчера, 13:23
Baxış Sayı:37

Xaçmazın polis rəisi təqaüdə göndərildi - Yeni təyinat

Xaçmaz rayonunda təhlükəsizlik və asayişin qorunması istiqamətində mühüm bir mərhələ başlayır. Polis polkovniki Samir Məcidovun Xaçmaz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunması, rayonda qanunçuluğun möhkəmləndirilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması baxımından böyük ümidlər doğurur.

Polis polkovniki Samir Məcidov, hüquq-mühafizə orqanlarında keçdiyi uğurlu xidməti yolu ilə özünü peşəkar, prinsipial və xalqına bağlı bir şəxs kimi tanıdıb. Onun rəhbərliyi altında çalışdığı əvvəlki bölgələrdə cinayətkarlığın qarşısının alınması, ictimai təhlükəsizliyin təmin edilməsi və vətəndaşlarla sıx əməkdaşlıq əsasında fəaliyyət göstərən polis sistemi qurulub.

Xaçmaz Rayon Polis Şöbəsinin yeni rəisi, qanunun aliliyinə və dövlətə sədaqət prinsiplərinə əsaslanaraq, vətəndaşların haqlarını qorumaq və rayonda sabitliyi təmin etmək üçün böyük təcrübəyə malikdir. Onun rəhbərlik etdiyi komandanın gələcəkdə Xaçmazda asayişi daha da gücləndirəcəyi və sakinlərin təhlükəsizliyini təmin edəcəyi gözlənilir.

Polkovnik Məcidovun vəzifə borcunu yerinə yetirərkən şəhid ailələrinə, qazilərə və sosial müdafiəyə ehtiyacı olan insanlara xüsusi qayğı ilə yanaşması onun yüksək insani keyfiyyətlərindən xəbər verir. Bu, yalnız hüquq-mühafizə orqanı rəhbəri kimi deyil, həm də xalqın inamını qazanan bir lider olaraq onun şəxsiyyətini tamamlayır.

Xaçmaz Rayon Polis Şöbəsinin yeni rəisi olaraq Samir Məcidovun fəaliyyətinin həm hüquqi çərçivədə, həm də sosial məsuliyyət baxımından uğurlu olacağına inanırıq. Yeni vəzifəsində ona güc, uğur və davamlı nailiyyətlər arzulayırıq. Xaçmazın təhlükəsizliyinin təminində bu təyinatın müsbət nəticələr verəcəyinə əminik.

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Samir Məcidov - 2020-ci ildən bu yana Azərbaycan Respublikası Prezidentinin intonasiyası başqa müstəviyə adlayıb: məzmunlu, məramlı, çoxhədəfli, sərrast, səbatlı, korrekt, dürüst, cəsarətli və hökmlü! Bu cəsarət və hökmü ölkə başçısı müharibə dönəminin hərb meydanında qazanılan uğurlarla simvolizə edə bildi. Milləti milli-diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırlayaraq məsələnin ümummilli hərəkat kimi sabit, qlobal səciyyəsini axıra qədər qorudu, siyasi oriyentiri düzgün müəyyənləşdirməklə yanaşı, milli enerji və təlatümün, güclənən emosiyaların hərarətini orduya yönəldə bildi. Müharibədən sonra da hökmlü olmağı motivləndirən çox faktlar qoyuldu meydana: bir günlük antiterror əməliyyatı nəticəsində susdurulan düşmən, Azərbaycanın bayrağının Xankəndi və Xocalıda qaldırılması, CO29 kimi tədbirə ev sahibliyini uğurla sonuclandırması, iqlim diplomatiyasına verdiyi töhfə və son olaraq Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilməsi!

Şahlar Həsənov: Prezident İlham Əliyev – möhtəşəm nailiyyətlərimizin müəllifi


İlham Əliyevin təhkiyəsindəki amiranəlik milli qürur və vüqarı dərindən dərk etməyin simvolu olmaqla yanaşı, həm də tarixin gedişinə, dəfələrlə təkrarlanan tarixin çarxına “dur” demək üçün vacibdir. Çünki tarix özünün təcrübə dərslərini adətən Şərqdə keçib, böyük eksperiment üçün siyasi-sosial poliqon axtararkən güdaza Azərbaycan verilib, qurban kimi Azərbaycan xalqı seçilib. Bütün geopolitik maraq və mənafelər bizim məkanda qovuşub və kəsişib. Bu gün miqyas ilk növbədə, İlham Əliyevin tarixə saldığı nəzərin ölçülərində dəyişib. Avropanı, Qərbi narahat edən, təşvişə salan bir də məsələnin bu tərəfidir. İlham Əliyev dünyanı bürüyən qırmızını – qan rəngini yaşılla - dirilik, harmoniya, islam yolu, ədalət, sevgi və kamilliklə əvəzləməyin, bütün dünyanı məhz Yaşıl perspektivdə görmək istəyinin lideridir. Məsələnin bir də bu tərəfi onlara sərf eləmir. İstibdadın, zülmün əli ilə parçalanan, talan edilən, azadlığı əlindən alınan Azərbaycan yoxdur artıq. Əvəzində, ölkəsinin adını ən uca tribunalardan səsləndirməyə müvəffəq olan ölkə başçısının hünəri var. “Var millətimin imzası imzalar içində”! Bu sözü uca vurğu ilə söyləmək üçün İlham Əliyev az sınaq mərhələlərindən, az tarixi-siyasi aşamalardan keçmədi. İndiyə kimi bizim Azərbaycanla, Qarabağla, Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimai fikrinə çatdırılması istiqamətində gördüyümüz işin əsas üsulu və məzmunu dünya erməni təbliğatına verilən təkzib və təshihlərdən ibarət idi. Bu gün artıq onların təbliği istiqamətində sistemli iş strategiyası və miqyaslı, qlobal nəzəri-elmi konsepsiya səviyyəsində fəaliyyət proqramı və metodologiyası təşəkkül tapıb. Və ən yaxşı cəhət odur ki, bütövlükdə Azərbaycan mənəvi mədəniyyətinə məxsus humanitar-mədəni və etik-əxlaqi meyarlar bu proqramın düşüncə və iş mövqeyində qorunub saxlanır.

Şahlar Həsənov: Prezident İlham Əliyev – möhtəşəm nailiyyətlərimizin müəllifi


Qarabağ problemi barədə dünya fikrinin anti-Azərbaycan rənglərdən xilas olması məhz, İlham Əliyevin planet miqyaslı təbliğat və əməli fəaliyyətinin nəticəsidir. Əslində, son illərdə Prezident mücadiləsini iki cəbhədə aparıb: ön cəbhədəki vəziyyəti neytrallaşdırmaqla və erməni yalanlarına qarşı zərərsizləşdirmə işi aparmaqla. Hər iki cəbhədən ölkəmizə uzanmış əl, dil, silah müdaxilələrini dəf etməyə çalışaraq Azərbaycanın milli varlığını qorumaq amalına layiqincə xidmət göstərib. Çıxışlarının birində Prezidentin səsləndirdiyi bir fikrə diqqət çəkmək istəyirəm: “Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”. Bu gün İlham Əliyev xalqın tarixini və taleyini növbəti səhvlərdən qorumaq üçün sağlam ekologiya, mənəvi iqlim yaradır və bu işdə bütün milli-siyasi-intellektual potensialı ilə birlikdə dayanır. Amma tarixi bir qanunauyğunluğun bizə ötürdüyü ibrət dərsləri də az deyil. Bu dərslər sübut edir ki, hətta xalis torpaq məsələlərinə münasibətdə belə təkcə siyasi-intellektual fikir yox, həm də vicdan və mənəviyyat adlı bir elm də iştirak etməlidir. Bu gün İlham Əliyev ideya-fəlsəfi kompası, milli şüurla, milli tale ilə bağlı əxlaqi və mənəvi-vicdani təşəbbüsü bütünlükdə öz əlinə almağı bacarmışdır. O qədər ki, artıq bu mənəvi-vicdani təşəbbüsdən dünya üçün, bəşəriyyətin sabahı üçün narahatlığın miqyası görünür.

Bu gün ölkə başçısı elə strategiya əsasında hərəkət edir ki, Azərbaycana olan nüfuz, etimad artan, yüksələn xətlə özünün inkişaf dövrünü yaşayır. Dekabrın 19-da Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması xəbəri bu etimadın ən mötəbərlərindən biri sayılmalıdır.

Bu gün təşkilat cəhətdən vahid orqanizm kimi birləşmək istiqamətində yeni addımlar atılır. Azərbaycanın D-8-ə üzv olması dünya siyasi sistimi ilə əlaqələri daha da gücləndirəcəkdir. İndi bizim üçün doğma Şərq – türk və islam arealı bu gün dünyada yeni bir kontekstə çevrilə bilər. Ən ali səviyyədə - ən müasir təşkilat modeli ilə Azərbaycanın həmin kontekstin yaranmasında fəal şəkildə iştirakı şübhə doğurmur. Çünki o prinsiplər ki, D-8 təşkilatının qayəsini təşkil edir, Azərbaycanın siyasi reallığı, dövlət olaraq baxış, yanaşma prioriteti həmin prinsiplərə uyğundur.

Ötən əsrin əvvəllərində milli triadamızın banisi Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir” məqaləsində yazırdı ki, “… türklük və islam dairəsində tərəqqi etmək istəriz. Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, … türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar denilsin. Yoxsa “türklər, müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar" denilməsin!”. Bu gün həmin arzu və idealların gerçəkləşdiyi tarixi yaşayırıq. İlham Əliyevin həm nəzəri, həm də əməli fəaliyyəti hərtərəfli, universal bir intibah şəxsiyyətini ifadə edir. Bu gün onun qədər miqyaslı məsələlər qaldıran, bütün İslam və Şərq hüdudlarında düşünən, Qərb tiranlarına meydan oxuyan siyasi-ictimai xadim göstərmək çətindir. “Firəngləşmə” təhlükəsini isə (elə mifini də!) İlham Əliyev ona qarşı mübarizə elan etməklə çoxdan tarixə qovuşdurub. Bir də, zavallı Fransa! İndi onun heç “Avropa sivilizasiya”sına qatası heç bir dəyəri də qalmayıb!

Şahlar Həsənov: Prezident İlham Əliyev – möhtəşəm nailiyyətlərimizin müəllifi


Çağdaş zamanda müttəfiqlərin sayının çox olması istənilən ölkənin gücünün göstəricilərindən biridir. Azərbaycan onsuz da dünya birliyində nüfuz qazanıb. D-8 təşkilatına üzv olması isə bir çox ölkələrlə ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək. Birliyə üzvlük ölkəmizə investisiya cəlb olunmasına, eyni zamanda Azərbaycan kapitalının həmin dövlətlərin iqtisadiyyatına yönəldilməsinə ciddi təkan verəcək. Bu təşkilata üzvlük ölkələr arasındakı mədəni, siyasi, humanitar sahədə də əməkdaşlıq körpülərinin qurulmasına vəsilə olacaq. Biz tarixən üç dildə yaranan böyük mədəni, mədəni sərvətin sahibi olmuşuq və bu böyük irsdən bu gün də imtina etmirik. Azərbaycanda, müqəddəs türk torpağında yaranan bütün mənəvi-bəşəri sərvətlər də, müəllifinin etnik mənsubiyyətindən asılı olmayaraq, bizim ümumi sərvətimizdir. Bizim D-8-ə üzvlüyümüz ölkəmizin dostlar, müttəfiqlər dairəsini daha da gücləndirəcək, daim diri tutulan dostluq münasibətləri daha sistemli şəkildə dünyanın simasının müasirliyə, yeniliyə, inkişafa doğru dəyişilməsində təmələ çevrilməyi bacaracaqdır.

Bu məqamı xüsusi qeyd etmək istəyirəm. İlham Əliyevin təfəkkür tərzinə məxsus vüsətli, miqyaslı bir humanizm, və beynəlmiləlçilik, azadlıq anlayışları onu çağın liderləri sırasında fərqli edən amillərdəndir. Amma daha qiymətli və mənalı cəhət odur ki, İlham Əliyevin düşüncə tərzində və siyasi üslubunda yüksək bəşərilik yüksək milliliklə vəhdətdə təzahür edir. Bəlkə buna görə rəhbərlik etdiyi iyirmi ildən artıq zaman kəsimində ölkə başçısı İlham Əliyevin diplomatik səriştəsi sayəsində xalq öz milli kimliyindən ayrılmadı, keçmişindən qopmadı, dəyərlərini itirmədi, özünə, meyarlarına sadiqliyi qorudu. Türk ruhunu mənəviyyatında daşıyan millət fədailərimizin irsinin qorunması, təbliği və təqdimi ilə bağlı ardıcıl sərəncamlar imzaladı. Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarını ziyarətgah halına gətirməsi, Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Əhməd bəy Ağaoğlunun ölkə miqyasında və dövlət səviyyəsində yubileylərinin keçirilməsinə, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə rəvac verməsi, hər biri böyük mədəni hərəkatın göstəricisinə çevrilən “İslam Həmrəyliyi ili”, “Multikulturalizm ili”, “Azərbaycan Cümhuriyyəti ili”, “Nizami Gəncəvi ili”, “İmadəddin Nəsimi ili”, “Şuşa ili”, “Heydər Əliyev ili” ilə bağlı qərarları da həmin humanitar düşüncə strategiyasının gerçəkləri sırasındadır. Bunlar Prezident İlham Əliyevin fikir həyatımızda oynadığı müstəsna məqamlar olmaqla yanaşı bügünkü uğurlarımızın genetik kodlarını daşıyan amillərdir.

Gün­dən-gü­nə ye­ni­lə­şən, çağ­daş dün­ya me­ri­di­an­la­rın­da ye­ri­ni tapan, Şərq­dən Qər­bə, Qərb­dən Şər­qə ge­dən yol­la­rın qov­şa­ğın­da hər gün da­ha da çox mər­kəz, gö­rüş, ün­siy­yət mə­ka­nı ro­lu­nu oy­na­yan, bə­şə­riy­yə­tin ta­le­yi­ni dü­şü­nən ic­ti­mai-si­ya­si, ta­ri­xi-mə­də­ni, qlo­bal, mil­li və mul­ti­kul­tu­ral ide­ya­la­rın, ideo­lo­gi­ya­la­rın, mü­za­ki­rə və təd­bir­lə­rin əsl sı­naq mey­da­nı­na çev­ri­lən ən ye­ni Azər­bay­ca­nın ob­ra­zı Ümummilli lider Heydər Əliyevin ide­ya və ide­al­la­rı­nın tə­cəs­sü­mü olaraq, ona adekvat bir əməli fəaliyyətin barı, bəhrəsi şəklində İlham Əliyevin müdrik zəkasında gerçəklik və təzahürünü yaşayır. Bu gün həyata keçirilən layihələr, gerçəkləşdirilən əməllər də İlham Əliyevin – bu unikal tarix qəh­rə­ma­nı­nın si­ma­sın­da ən ye­ni Azər­bay­ca­nın qazan­dı­ğı qlo­bal uğur­la­rı XXI əsr­də dün­yanın hər yerindən görməyə imkan verir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Suriyanın yeni hakimiyyəti 300 minlik ordu qurur - Türkiyənin rolu
Suriyanın yeni hakimiyyəti 300 minlik ordu qurur - Türkiyənin rolu
Sabah hava yağmursuz olacaq - PROQNOZ
Sabah hava yağmursuz olacaq - PROQNOZ
Türkiyədə partlayış: 12 ölü, 4 yaralı
Türkiyədə partlayış: 12 ölü, 4 yaralı
İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Xaçmazın Güvənli Sabahı: Polis Polkovniki Samir Məcidovun Yeni Təyinatı
Xaçmazın Güvənli Sabahı: Polis Polkovniki Samir Məcidovun Yeni Təyinatı
Husilərdən İsrailə mesaj: Dayanmayacağıq!
Husilərdən İsrailə mesaj: Dayanmayacağıq!
Tiktoker İlhamə də saxlanıldı
Tiktoker İlhamə də saxlanıldı
Avrasiya Yəhudi Konqresinin prezidenti İlham Əliyevi təbrik edib
Avrasiya Yəhudi Konqresinin prezidenti İlham Əliyevi təbrik edib