Azərbaycan İdeyası

Fidan Tağıyeva: “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu”

Tarix:13-12-2024, 10:42
Baxış Sayı:86

Peşəkarlıq və Ədalət Prinsipi - Səlim Bayraktarov

5 saylı şəhər poliklinikasının sahə həkimi Fidan Tağıyeva - Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanmasıdır. Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi ilə dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ulu Öndər Heydər Əliyev müstəqilliyi, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və gələcəyi ilə bağlı ən düzgün qərar verəcək. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsasıdır.

Ümummilli Lider müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən beynəlxalq aləmdə varlığını təsdiqləməsini mühüm amil kimi önə çəkirdi. Azərbaycanın dövlət müstəqiliyini yenidən bərpa etdiyi ilk illərə nəzər saldıqda görürük ki, ölkədə hakimiyyətsizliyin mövcudluğu bütün sahələrdə, o cümlədən xarici siyasətdə uğursuzluqlara səbəb oldu. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası erməni yalanlarının ayaq tutub yeriməsinə yol açdı. O dövrün iqtidarının başı öz şəxsi ambisiyalarına elə qarışmışdı ki, Azərbaycanın taleyi onları düşündürmürdü. Torpaqları işğal altında, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda Ermənistan işğala məruz qalan dövlət kimi təqdim edilmişdi.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq, həqiqətlərimizi dünya ictimaiyyətinə əsaslı şəkildə çatdırmaq idi. Ulu Öndər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Dahi şəxsiyyətin xarici ölkələrə elə bir səfəri yox idi ki, Qarabağ münaqişəsinin əsl mahiyyətini əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmasın. Məhz Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönələn məqsədyönlü, sistemli, davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdu.

Ümummilli Liderin diaspor quruculuğu istiqamətində atdığı addımların uğurlu nəticələri də göz qabağındadır. O, Azərbaycan diasporunun formalaşması, dünyada cərəyan edən proseslərə təsir imkanlarının artması istiqamətində biri-birindən mühüm addımlar atdı. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Azərbaycanın ayrı-ayrı dövlətlərdə mərkəzlərinin yaradılmasına nail olan Ulu Öndər Heydər Əliyev sonrakı dövrdə onların vahid mərkəzdən idarə olunmasının vacibliyini bildirdi. 2001-ci ildə Ümummilli Liderin təşəbbüsü və Sərəncamı əsasında Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu istiqamətində mühüm addım olmaqla yanaşı, onların birliyinin, həmrəyliyinin əsası qoyuldu. Azərbaycançılıq ideologiyasının inkişafı Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsasını təşkil edib. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

İlllər keçdikcə Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması, diasporumuzun dünyada baş verən hadisələrə təsir imkanlarının artması, Azərbaycanın imzasının imzalar arasında görünməsi ilə bərabər, sözünün də əhəmiyyətli olması, dünya birliyinin fəal üzvü kimi tanınması erməni yalanlarıın ifşasında öz sözünü dedi. Azərbaycanın xarici siyasət uğurları, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi tarixi Zəfərimizdə mühüm rol oynayan amillər sırasında oldu.

Azərbaycan bütün sahələrdə zəngin təcrübəsi ilə diqqətdədir. Son 21 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən, Azərbaycanı zirvələrə ucaldan cənab İlham Əliyevin “güclü dövlət” modeli dünyada təqdir edilir, öyrənilməsinin vacibliyi bildirilir. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın keçdiyi inkişaf yolunun və qarşıda dayanan hədəflərinin təqdimatıdır. Tarixi ədalət bərpa edildi, 30 illik torpaq həsrətinə son qoyuldu. Ümummilli Liderin ən böyük arzusu Şuşanı, Qarabağı, Zəngəzuru azad görmək idi. Ulu Öndərin, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının arzusu çin oldu. Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqımızı gələcəklə bağlı düzgün seçim etməyə istiqamətləndirərkən böyük əminliklə qeyd etmişdir ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümidləri döğrultdu. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan qalib, bütövləşən Azərbaycan kimi özünü dünyaya təqdim edir. Artıq ölkəmiz yeni dövrə qədəm qoyub. Yeni dövr yeni hədəfləri ilə xarakterizə olunur. Bu hədəflər Azərbaycanı zəfərlərə doğru aparır.
 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Şuşaya daha 49 ailə yola salındı
Şuşaya daha 49 ailə yola salındı