Azərbaycan İdeyası

Hacı Fərəc müəllim: Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Tarix:11-12-2024, 14:39
Baxış Sayı:50

Asif Həziyev: Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

İş adamı Hacı Fərəc müəllim - “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Ulu Öndərin Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilən ideyaları daim ölkəmizi inkişafa, tərəqqiyə, yeni-yeni hədəflərə doğru aparır. Onun yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir. Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik salnaməsinə şanlı səhifələr məhz Onun siyasi xətti, rəhbərliyi ilə yazılıb. Bu gün böyük qürur hissi ilə Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən bəhs edirik.  Təbii ki, bu uğurlar böyük səylərin, qətiyyətin nəticəsidir. Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün ölkəmizin taleyinin necə olacağını təsəvvür etmək çətin deyildi. Ulu Öndər qayıdışı ilə Azərbaycanı vətəndaş müharibəsindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ö dövrün reallıqları bir daha bu həqiqəti təsdiqlədi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, düşünülmüş və məqsədyönlü siyasəti Azərbaycanı bu bəlalardan xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı. Dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycanın  inkişafını təmin edən  Milli Konstitusiymız qəbul edildi. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bütün atributların bərqərar olmasına səylər göstərildi. Hər bir ölkənin inkişafının əsasında dayanan sabitlik, normal iqtisadi mühit yaradıldı. Müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan əsas vəzifələrdən biri kimi Azərbaycanın beynəlxalq aləmdə özünü təsdiqləməsi yönümündə mühüm addımlar atıldı. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Liderin əsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Bir sözlə, Azərbaycan yenidən quruldu, müstəqil dövlət kimi dünya birliyində yeri və rolunu möhkəmləndirdi”. 

 “Nə qədər Azərbaycan dövləti, xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq” fikri özündə bütün məqamları ehtiva edir. Ümummilli Liderin adı çəkiləndə ilk olaraq göz önünə Azərbaycan gəlir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilir: “Müstəqilliyinin yenidən bərpasının ilk illərində Azərbaycanın başının üstünü qara buludlar alanda xalqın üzünü öz xilaskarına- dahi şəxsiyyət Heydər Əliyevə tutması səbəbsiz deyildi. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi, siyasi iradəsi, hadisələrə düzgün yanaşmaqla yanaşı, gələcəyə istiqamətlənən yolu müəyyənləşdirmək bacarığı və bunların əsasında dayanan Vətən, dövlət, xalq sevgisi Azərbaycanı o illərin  çətinliklərindən, faciələrindən xilas etdi. Onun hakimiyyətinin hər iki dövrü xilaskarlıq missiyasını uğurla yerinə yetirməsi ilə xarakterizə edilir. Belə ki, hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaq respublikaları arasında ən geridə qalmış ölkədən qabaqcıl ölkəyə yüksəltdi. 1993-2003-cü illərdə isə Azərbaycanın müstəqilliyini əbədi və sarsılmaz etdi, yaratdığı möhkəm təməl sonrakı dövrdə qazanılan uğurların əsası oldu”.

Bundan sonra da Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanı ancaq və ancaq inkişaf müşayiət edəcək: “Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə uğurlarımızın davamlılığını təmin etdi. Bu müraciət xalqa inamın növbəti ünvanını göstərdi. Ümummilli Lider böyük əminliklə bildirdi ki, axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıracaq.  Ümummilli Lider cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi. Həmin müraciətdən ötən 21 ildən artıq dövr Azərbaycanın tarixini uğur, zəfər səhifələri ilə zənginləşdirdi. Ulu Öndər hər zaman böyük inamla qeyd edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, Qarabağda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağı dalğalanacaq. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti, bu hədəfə çatmaq üçün yaradılan möhkəm təməl idi. Azərbaycanı yaradılan təməl üzərində daha da inkişaf etdirən, gücünü, qüdrətini artıran cənab İlham Əliyev Prezidentliyinin 17-ci ilində tarixi Zəfərə imza atdı. Ümummilli Lider 2003-cü ildə xalqımızı gələcəklə bağlı düzgün seçim etməyə istiqamətləndirərkən böyük əminliklə qeyd etmişdir ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümidləri döğrultdu, adını tarixə torpaqlarımızın xilaskarı, qalib ölkənin qalib Lideri kimi yazdı: “Tarixi Zəfərimizdən üç il sonra suverenliyimizin tam bərpa olunması Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. Cənab İlham Əliyev prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdi. Dövlətimizin başçısı İlham Əliyev daim böyük qürur hissi ilə bu çağırışı edir ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik. Şəhidlərimizin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, ərazi bütövlüyümüzü, öz ləyaqətini bərpa edən xalq kimi qurub yaradırıq. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik, eləcə də bu gözəl diyarın bərpası missiyasını şərəflə yerinə yetirəcəyik: “Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək”. 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Şuşaya daha 49 ailə yola salındı
Şuşaya daha 49 ailə yola salındı