Azərbaycan İdeyası

Şəhriyar Mustafayev: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir”

Tarix:13-11-2024, 12:12
Baxış Sayı:42

“Onlara pis xəbərim var...” - İlham Əliyev

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayevdir.

Şəhriyar Mustafayev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Şəhriyar Mustafayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Şəhriyar Mustafayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Şəhriyar Mustafayev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi. 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şəhriyar Mustafayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Şəhriyar Mustafayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Şəhriyar Mustafayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Vətənpərvər ziyalımız Şəhriyar Mustafayev Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir. 

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür. 

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Şəhriyar Mustafayevdə məhz bu amalda olan insanlardandır. 

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev - "COP29"un Bakıda keçirilməsi mühüm beynəlxalq tədbirlərin təşkilinə görə böyük təcrübəyə malik olan Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29 iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir:

"COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir. Bu, eyni zamanda, Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir.

COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, Prezident İlham Əliyevin dünyada yüksək nüfuzunun və həyata keçirdiyi uğurlu siyasətin parlaq nümunəsidir. Dövlətimizin başçısı qazanılan bu uğurla Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.

Məlumdur ki, Azərbaycan qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzinə çevrilib. Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır.

Azərbaycan özü bu sahədə mühüm tədbirlər görüb. Görülən işlər nəticəsində ekologiyanın və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə edilib. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yaşıl enerji zonası elan olunması da bu baxımdan yüksək dəyərləndirilməlidir. Onu da vurğulamaq yerinə düşər ki, qeyd olunan qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir.

Azərbaycanın yaşıl enerjiyə keçid siyasətinə sadiqliyi və bu istiqamətdə götürdüyü öhdəliklər də diqqətəlayiqdir.

Azərbaycan enerji istehsalçısı olmasına baxmayaraq, bərpaolunan enerji mənbələrinə böyük sərmayələr yatırır və bu sahədə qabaqcıl təşəbbüsləri ilə tanınır. Məsələn, son beş ildə Azərbaycanın bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşu diqqət çəkir. Ümumilikdə isə Azərbaycan 2027-ci ilədək 2,8 milyard ABŞ dolları həcmində BOEM (bərpa olunan enerji mənbələri) layihələrinin icrasını planlaşdırır. Bu da yaşıl enerji potensialının inkişafına verdiyi önəmi nümayiş etdirir.

Lakin bir məsələ də var. Belə ki, Azərbaycan iqlim təhlükəsizliyinə verdiyi vacib dəstəyə baxmayaraq enerji istehsalçısı olduğu üçün bəzi hallarda diskriminasiyaya məruz qalır. Bu yanaşma, beynəlxalq iqlim mübarizəsində ədalətli yanaşmanın təmin olunmasını daha da zəruri edir.

COP29 bütün dünya dövlətləri üçün önəmlidir və ona görə də, bu mötəbər tədbirdə dünya ölkələrinin iqlim dəyişiklikləri ilə mübarizəni gücləndirmək üçün maliyyələşmə məsələsində razılığa gələcəyini gözləmək olar.

COP29-a ev sahibliyi etməklə Azərbaycan yaşıl enerji üzrə lider ölkələrlə, həmçinin maliyyə elitaları ilə münasibətlərini genişləndirə biləcək. Çünki aparıcı ölkələrin və maliyyə mərkəzlərinin dəstəyi və sərmayəsi olmadan enerji keçidini reallaşdırmaq və öhdəlikləri yerinə yetirmək mümkün deyil. Azərbaycanın alternativ enerji mənbələri üzrə təsdiqlənmiş böyük potensialının olduğunu nəzərə alsaq, rəsmi Bakı üçün ölkəyə sərmayə qoyulmasına çağırışların edilməsi və beynəlxalq maliyyə kanallarının açılması strateji əhəmiyyət daşıyır. Bu kontekstdə maliyyə təminatı iqlim dəyişikliyi ilə mübarizədə böyük önəm kəsb edir.

Yəni, bu baxımdan da COP29 tədbirində maliyyə məsələləri xüsusi diqqət mərkəzində olacaq. COP və iqlim dəyişməsi ilə əlaqədar dünya Qərbdən yeni maliyyə öhdəlikləri gözləyir. Lakin biz görürük ki, bu qlobal problemlə mübarizədə maliyyə öhdəliyindən yayınmaq üçün Qərb COP29-a ev sahibliyi edən ölkəyə qarşı böhtan və şantaj kampaniyası aparır. Bu isə qəbulolunmazdır. Nəzərə alsaq ki, iqlimə böyük ziyan vuranlar arasında Qərb ölkələri daha çox üstünlük təşkil edir. Bu baxımdan, onlar Azərbaycanın xoş niyyətinə zərbə vurmağa və beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələlərdən yayındırmağa çalışırlar.

Buna görə də, beynəlxalq ictimaiyyətin bu cür taktikaların fərqində olması və inkişaf etməkdə olan ölkələrin haqqını qorumaq üçün səs çıxarması vacibdir.

Amma bir fikiri xüsusi qeyd etmək lazımdır. Bütün təzyiqlərə baxmayaraq Azərbaycan COP29 kimi mötəbər tədbiri yenə də yüksək səviyyədə təşkil edir. Ona görə ki, Azərbaycan beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəyə malikdir"
 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Şuşaya daha 49 ailə yola salındı
Şuşaya daha 49 ailə yola salındı