Azərbaycan İdeyası

Mübariz müəllim: Zəfər tariximizin parlaq və unudulmaz səhifələrini vərəqlədikcə qürur duyuruq

Tarix:11-11-2024, 12:46
Baxış Sayı:7

Sahib müəllim: Tarixin Böyük Zəfəri

Mübariz müəllim -Tariximizə qızıl hərflərlə əbədilik həkk edilən İkinci Qarabağ müharibəsində düşmən üzərində möhtəşəm Zəfərimizdən dörd il ötür. Dünya azərbaycanlıları, bütün türk dünyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında qazanılmış bu tarixi Qələbənin dördüncü ildönümünü böyük təntənə ilə bayram edirlər. Qalib xalq olmağın sonsuz sevinc və qürurunu yaşayan Azərbaycan xalqı 9 noyabr Bayraq gününü, 12 noyabr Konstitusiya gününü, 17 noyabr Milli dirçəliş gününü indi daha yüksək əhval-ruhiyyə ilə, əsl Zəfər ovqatı ilə qarşılayır. Azərbaycan bu böyük Qələbəyə birdən-birə çatmamış, ona doğru addım-addım, lakin inamla irəliləmişdir. Bu tarixi qələbə əsası xalqımızın ümumilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş güclü dövlət quruculuğu, inkişaf və tərəqqi siyasi kursunun parlaq təntənəsini əks etdirir.

Bu tarixi qələbə Prezident İlham Əliyevin ölkəmizin iqtisadi qüdrətinin, dövlət-xalq birliyinin möhkəmlənməsi, ordumuzun gücləndirilməsi naminə həyata keçirdiyi kompleks tədbirlərin, fasiləsiz, ardıcıl və məqsədyönlü addımların məntiqi nəticəsidir. Ölkəmizdə gerçəkləşdirilən əzəmətli sosial-iqtisadi layihələr dövlətimizin davamlı yüksəlişi üçün möhkəm zəmin yaratmışdır. Möhtəşəm Qələbəmiz dövlətimizin beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirmiş, nüfuzunu artırmışdır. Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonra Azərbaycan xalqı öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Bilirsiniz ki, işğaldan azad olunan torpaqlarımızda geniş bərpa və quruculuq işləri aparılır. Qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra infrastruktur obyektləri tikilərək istifadəyə verilib. Əlbəttə ki, bu proseslərin davamlı olması üçün hərə öz sahəsində əvvəlkindən daha səmərəli fəaliyyət göstərməli, fədakarlıqla çalışmalıdır. Bağlanmış kapituliyasiya aktının bəzi müddəalarına zaman keçdikcə əməl etməyən erməni silahlı birləşmələri ordumuzun 2023-cü il sentyabr ayının 19-da keçirdiyi lokal antiterror əməliyyatından sarsıldı. Müzəffər Ali Baş Komandan xalqa müraciət edərək dedi ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdi. Bu tədbirlərin uğuru onu deməyə əsas verir ki, biz artıq bütövləşmiş, tamlaşmış Vətənə sahibik. Xocalı, Əsgəran, Ağdərə və nəhayət, Xankəndili Azərbaycanımız var. Allaha şükürlər olsun ki, torpaqlarımızda otuz ildən çox hökm sürmüş, at oynatmış erməni kabusu artıq canını tapşırıb. Bu gün tam qətiyyətlə deyə bilərik ki, ərazilərimizdə separatizm yoxdur. Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə deyib: “Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək”. Bu tarix elə bir tarixdir ki, Azərbaycan xalqı 100 illər belə keçsə bu tarixi unutmayacaq. Daha da güclənmiş Azərbaycan dövlətinin vətəndaşları bu tarixi hadisəni uzun illər qeyd edəcəklər. Azərbaycanın Dövlət suverenliyi, dönməzdir, əbədidir! Onlar tarix yazdılar. Onlar, 44 günlük Vətən müharibəsinin qəhrəmanları olaraq tarixin daş kitabələrinə qanları ilə əbədi həkk olunmuş yeni səhifələr yazdılar. Məhz o tarix yazanlar, adları məzar daşları ilə bərabər milyonların da qəlbinə həkk olanlar bizə qələbə bəxş etdilər. Onların sayəsində biz xalq olaraq son iki əsr ərzində ilk dəfə qələbə çalmış olduq. Biz onların sayəsində tarixi ədaləti bərpa etdik. Kölə damğası kimi üstümüzə, ruhumuza vurulmuş qaçqın, köçkün kəlmələrindən qurtulduq. Öz balalarını yetim, ailələrini gözüyaşlı qoyanlar, muradına yetməyənlər xalqın övladlarının firavan, gülərüz, xoşbəxt və azad olmaları üçün canlarından, qanlarından keçdilər. Onlar şəhadət zirvəsinə ucaldılar, qazilik məqamına yetdilər. Qazilər yaşayan əfsanə oldular, şəhidlər dillərdə dastana döndülər. Rəşadətli Azərbaycan ordusunun, əsgər və zabitlərimizin mərdlik və şücaət nümunələri dillərdə dastandır. Döyüş meydanlarında çətinliklərə sinə gərən, canını Vətən yolunda sipər edərək, torpaqlarımızın hər qarışı uğrunda düşmənlə ölüm-dirim savaşında qorxmazlıq, cəsarət, dönməzlik, yenilməzlik göstərmiş oğul və qızlarımızın hər biri bir qəhrəmanlıq timsalıdır. Onların nəsillərə nümunə olan şanlı mübarizəsi tarix boyu unudulmayacaq. Böyük Qələbəmiz şəhidlərimizin müqəddəs qanı ilə yoğrulub. Şəhidlərimiz bizim and yerimizdir. Uşaqdan böyüyə hər bir azərbaycanlı onların xatirəsini əziz tutur. Bu gün Şəhidlərimizin ruhu şaddır. Onların haqq işi qələbə çalmış, qanları yerdə qalmamış, düşmən diz çökdürülmüşdür.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI