Azərbaycan İdeyası

Gəncə Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Tarix:3-09-2024, 10:59
Baxış Sayı:114

 

Niyazi Bayramov səsvermədə iştirak edib

Məlum olduğu kimi, 01 sentyabr 2024-cü il tarixində ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də növbədənkənar parlament seçkilrəi keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da səsvermədə iştirak edib. Şəhər rəhbəri 39 saylı Gəncə üçüncü seçki dairəsinin 4 saylı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, Gəncə şəhəri üzrə 4 Dairə Seçki Komissiyası vardır ki, bunlar 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy seçki dairələridir. Şəhər üzrə 133 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə hüququ olan vətəndaşların sayı 181090 nəfərdir. Gəncə şəhəri üzrə növbədənkənar parlament seçkilərində ümumilikdə 29 namizəd iştirak edir.

Şəhərin bütün məntəqələrində yüksək seçici fəallığı müşahidə olunur. Səsvermə saat 19:00-da başa çatacaq.

Xatırladaq ki, bu seçkilər də ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilir.


 

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində veloyürüş təşkil olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Kapital Bankın təşəbbüsü və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində növbəti dəfə veloyürüş keçirilib.

 “Yaşıl artım” və “sağlam həyat tərzi” şüarı ilə keçirilən yarış Heydər Əliyev Park-Xiyaban Kompleksindən “Zəfər Tağı”nın qarşısından start götürüb və Cavadxan küçəsində yerləşən Kapital Bankın Gəncə şəhər filialının önündə yekunlaşıb.

Mükafatlandırma mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, GDU-nun rektoru Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, Kapital Bank Gəncə filialının direktoru Vüqar Paşayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının  məsul əməkdaşları, Azərbaycan Velosiped Federasiyasının nümayəndələri, o cümlədən idmançılar iştirak ediblər.  

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov çıxışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkənin idman sahəsinə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib. Şəhər rəhbəri, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bucür tədbirlərin əhəmiyyətindən danışaraq, veloyürüşün qaliblərini təbrik edib.

Vüqar Paşayev bildirib ki, “Yaşıl dünya naminə həmrəyli ili” çərçivəsində sağlam ətraf mühitinin bərpasının təşviqinin əyani üsulu olan veloyürüşlərin davamlı şəkildə təşkili və keçirilməsi vacib vəzifələrdən biridir.

Çıxışlardan sonra veloyürüşün qalibləri mükafatlandırılıb və xatirə şəkli çəkdirilib.


 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov