Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Oftalmoloq Günel Xalıqverdiyevadır.
Oftalmoloq Günel Xalıqverdiyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Günel Xalıqverdiyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Günel Xalıqverdiyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Oftalmoloq Günel Xalıqverdiyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
📍15 illik təcrübəyə malik oftalmoloq-cərrah Dr.Günel Xalıqverdiyevanı gəlin yaxından tanıyaq.
Amerika Oftalmoloqlar Akademiyasının,
Avropa Strabismoloqlar Assosiasiyasının,
Avropa Katarakta və Refraktiv Cərrahlar Birliyinin,
Türk Oftalmoloqları Dərnəyinin fəxri üzvü
📌 Təhsili və iştirak etdiyi təlimlər:
✔️2003 - 2009 - Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi;
✔️2010 - 2012 - Xəzər Qayğıkeşlik Amerika-Azərbaycan Layihəsi (CCP) üzrə göz klinikası;
✔️2018 - “Optik linzalarin tətbiqi kursu”, Türk Oftalmoloji dərnəyi, Ankara;
✔️2018 - “Medikal retina kursu”, Gazi Universiteti, Ankara;
✔️2019 - Eksimer lazer cərrahiyyəsi (FEMTOLASİK, LASİK, PRK, NO-TOUCH), Birinci Göz xəstəxanası, İstanbul;
✔️2019 - “Ümumi oftalmologiya üzrə ixtisas artırma”, Wake Forest Universiteti, ABŞ;
✔️2019 - “Eksimer Lazer Refraktiv Cərrahiyyəsi üzrə ixtisas artırma”, Amerika Oftalmoloqlar Akademiyası, San Fransisko;
✔️2019 - “Fako üsulu ilə katarakta cərrahiyyəsi”, Amerika Oftalmoloqlar Akademiyası, San Fransisko;
✔️2022 - “Çəpgözlüyün BOTOX üsulu ilə aradan qaldırılması”, Bezmialem Vakıf Universiteti, İstanbul;
✔️2022 - “Advanced katarakta treyninq proqramı” ESCRS, Milan;
✔️2023 - Avropa Oftalmoloqlar Birliyi, SOE toplantısı, Praqa.
✔️2024 -"Botulinum toksin A inyeksiyası ilə siklik ezotropiyanın idarə edilməsi" TOD-58 (Türk Oftalmologiya Dərnəyi) Antalya, Türkiyə;
✔️2024 -"Botulinum toksin A inyeksiyası ilə siklik ezotropiyanın idarə edilməsi" IOC, Özbəkistan;
✔️2024 - ESA_ISA (Avropa Strabismoloji Assosiasiyası-Beynəlxalq Strabismoloji Assosiasiya), Tolouse, Fransa;
İcra etdiyi əməliyyatlar:
🔷️Eksimer Lazer (LASIK, Femto LASIK, PRK, NO-TOUCH, SMILE);
🔷️Keratokonus – (CXL, Corneal ring implantasiyası);
🔷️Refraktiv cərrahiyyə (ICL, Edof, Trifokal linzaların implantasiyası);
🔷️Kataraktanın (Mirvari suyu) fakoemulsifikasiya + IOL implantasiya üsulu ilə cərrahi müalicəsi;
🔷️Çəpgözlük əməliyyatları;
🔷️Çəpgözlüyün əməliyyatsız aradan qaldırılması (Botox üsulu);
🔷️Medikal retina (intravitreal, antivegf inyeksiyası, lazer fotokoaqulyasiya).
🔷️ Kataraktanın fakoemulsifikasiya və IOL implantasiya ilə cərrahiyyəsi;
.