Azərbaycan İdeyası

AHİK sədri Sahib Məmmədov qurumun tabe təşkilatlarında olub, mövcud vəziyyətlə maraqlanıb -Fotolar

Tarix:30-09-2024, 15:53
Baxış Sayı:3

AHİK sədri Sahib Məmmədov qurumun tabe təşkilatlarında olub, mövcud vəziyyətlə maraqlanıb -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov AHİK-in Respublika Turizm və Ekskursiyalar üzrə Şurasında olub.

aia.az xəbər verir ki, Şuranın sədri İlmir İsmayılov qurumun fəaliyyəti, turist bazaları haqqında AHİK sədrinə məlumat verib. Bildirib ki, məzuniyyət dövründə ittifaq üzvlərinin səmərəli vaxt keçirmələri və mənalı istirahəti üçün qurum tərəfindən hər cür şərait yaradılır. Onun sözlərinə görə, Şuranın turist bazalarında yay mövsümü ərzində xeyli sayda ittifaq üzvü ailəvi istirahət edir. Konfederasiya sədri inzibati binaya baxış keçirib, otaqları gəzib, əməkdaşların iş şəraiti ilə maraqlanıb, bir sıra tapşırıq və tövsiyələrini verib.
Sonra Konfederasiya sədri Sahib Məmmədov AHİK-in Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına (AHİTA) baş çəkib. Sədr iş otaqlarını gəzib, məşqçi, paltardəyişmə otaqlarına və idman zallarına baxış keçirib, yaradılmış şəraitlə tanış olub.
Qeyd edək ki, qurumun strukturuna 5 idman cəmiyyəti - “Məhsul”, “Spartak”, “Zenit”, “Gənclik”, “Qarabağ” və 4 idman klubu - “Atilla”, “Pəhləvan”, “Şahmat və Dama”, “Alpinizm və turizm” daxildir. İdman təşkilatlarında 16 (Sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo, sambo, karate, şahmat, dama, atletika, ağır atletika, güllə atıcılığı, bədii gimnastika, futbol, basketbol, taekvando, alpinizm) idman növü inkişaf etdirilir. Assosiasiyasının idmançıları 2023-cü ildə keçirilən yarışlarda 191 qızıl, 126 gümüş, 164 bürünc medal qazanıblar. Medallardan 32-si Avropa və dünya çempionatlarında əldə olunub.
2024-cü ilin yanvar-sentyabr aylarında isə keçirilən yarışlarda idmançılar ümumilikdə 305 medal (86 qızıl, 90 gümüş, 129 bürünc) qazanıblar ki, bunun da 21-i Avropa miqyaslı, 4-ü dünya çempionatının, 48-i müxtəlif beynəlxalq turnirlərin, 232-i isə respublika yarışlarının payına düşür. 2023-cü il ərzində AHİTA-nın idman təşkilatlarının keçirdikləri 104 tədbirin 43-ü kütləvi sağlamlıq, 61-i isə idman yarışları olub və bu tədbirlərə 4068 idmançı qatılıb.
AHİTA-nın “Zenit” İdman Cəmiyyətinə gələn Konfederasiya sədri burada idman zallarını gəzib, şəraitlə maraqlanıb, idmançıların məşq prosesini izləyib.
Assosiasiyanın sədri Binyamin Mənsimzadə bildirib ki, idman cəmiyyətinin nəzdində 2 Uşaq Gənclər İdman Məktəbi (UGİM) fəaliyyət göstərir. UGİM-lər Bakı və Sumqayıt şəhərlərində yerləşir. Həmin məktəblərdə idmanın sərbəst güləş, yunan-Roma güləşi, cüdo, boks, taekvando və sambo növləri üzrə yüksək səviyyəli idmançılar hazırlanır.
AHİK sədri Sahib Məmmədov həmçinin AHİTA-nın Yasamal rayon stadionunda da olub. Sədr burada futbol meydançalarını gəzib, vəziyyətlə maraqlanıb.

Sonda Konfederasiya sədri AHİTA-nın rəhbərliyinə idman zallarında şəraitin yaxşılaşdırılması, yeni standartlara uyğun alət və avadanlıqlarla təchiz olunması barədə tapşırıqlar verib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov