Azərbaycan İdeyası

Bakıdakı forum təşkilati baxımdan yüksək səviyyədədir

Tarix:21-05-2026, 11:13
Baxış Sayı:8

Bakıdakı forum təşkilati baxımdan yüksək səviyyədədir

World Urban Forum 13 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və təşkilatçılıq imkanlarının növbəti göstəricisidir. 182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı forum COP29-dan sonra ölkəmizdə keçirilən ən böyük beynəlxalq tədbirlərdən biri hesab olunur.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın forumda iştirakı tədbirin əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyev çıxışında WUF13-ün şəhərsalma, davamlı inkişaf və müasir urbanizasiya sahəsində vacib beynəlxalq platforma olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycanın tarixi memarlıq irsini qorumaqla yanaşı, müasir şəhərsalma modelini də uğurla inkişaf etdirdiyini qeyd edib. Çıxış zamanı dövlət başçısı 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. Bu qərarın ölkədə şəhərsalma siyasətinin təkmilləşdirilməsi, milli memarlıq irsinin qorunması və müasir urban inkişaf konsepsiyalarının tətbiqi baxımından strateji əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
Prezident İlham Əliyev Forumun təşkilinə göstərilən dəstəyə və Azərbaycanın belə məsuliyyətli tədbirə ev sahibliyi etməsinə görə təşəkkürünü ifadə edərək bildirmişdir ki, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda uzun illər işğal altında olmuş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində üç milli şəhərsalma forumu keçirilmişdir. Bu təşəbbüslər postmünaqişə dövründə müasir şəhərsalma modelinin tətbiqi və dayanıqlı yaşayış məkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısı çıxışında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesinə də xüsusi diqqət ayırmışdır. Bildirilmişdir ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması hazırda dövlət siyasətinin əsas prioritetlərindən biridir. Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlərin Baş planları hazırlanır, müasir infrastruktur layihələri icra edilir, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur.
Belə beynəlxalq platformalar Azərbaycanın dünyadakı mövqeyinin möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verir.
Vüqar Musayev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Avtomobil Alqı-Satqısında Etibarlı və Nizamlı Ticarət Mühiti – Müşfiq Tarıverdiyev
Avtomobil Alqı-Satqısında Etibarlı və Nizamlı Ticarət Mühiti – Müşfiq Tarıverdiyev
Qanunun Aliliyi, İntizam və İslah Prinsiplərinə Söykənən Xidmət – Şakir Qəniyev
Qanunun Aliliyi, İntizam və İslah Prinsiplərinə Söykənən Xidmət – Şakir Qəniyev
Nazim müəllim: Bişkekdən Verilən Strateji Mesajlar: Azərbaycan Sülh, Əməkdaşlıq və Yeni Avrasiya Bağlantılarının Mərkəzində
Nazim müəllim: Bişkekdən Verilən Strateji Mesajlar: Azərbaycan Sülh, Əməkdaşlıq və Yeni Avrasiya Bağlantılarının Mərkəzində
Xaçmazda “Pak Çörək” – Süfrələrə Təzə Çörək, İstehsala Məsuliyyətli Yanaşma
Xaçmazda “Pak Çörək” – Süfrələrə Təzə Çörək, İstehsala Məsuliyyətli Yanaşma
“Asiya Aptek” – Sağlamlığınıza Qayğı və Etibarlı Xidmət Ünvanı
“Asiya Aptek” – Sağlamlığınıza Qayğı və Etibarlı Xidmət Ünvanı
Empire by Asthetik Lab – Müasir Estetik Baxımın və Fərdi Gözəllik Yanaşmasının Ünvanı
Empire by Asthetik Lab – Müasir Estetik Baxımın və Fərdi Gözəllik Yanaşmasının Ünvanı
Xudafərin Şadlıq Sarayı – Xoş Günlərin Təntənə, Zövq və Qonaqpərvərliklə Birləşdiyi Məkan
Xudafərin Şadlıq Sarayı – Xoş Günlərin Təntənə, Zövq və Qonaqpərvərliklə Birləşdiyi Məkan
Mehriban Əliyeva – Azərbaycan Dövlətçiliyində Ziyalılığın, Mərhəmətin və Xalqa Sədaqətli Xidmətin Uca Təcəssümü
Mehriban Əliyeva – Azərbaycan Dövlətçiliyində Ziyalılığın, Mərhəmətin və Xalqa Sədaqətli Xidmətin Uca Təcəssümü