İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası həm Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər.
Yardımlı yolundan baxanda qarşı dağın qoynundakı Istisu şəfa ocağı yığcam, müasir bir düşərgəni xatırladır. Istisu sanatoriyasında eyni vaxtda 200-dək adamı qəbul etmək və xidmətində durmaq mümkündür.
Sübut olunub ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.
Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarov fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarovun qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Hacı İldırım Allahyarovun adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Hacı İldırım Allahyarovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Hacı İldırım Allahyarov bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Hacı İldırım Allahyarov bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.
Yayın nəfəstəngidən günlərində istirahətini daha səmərəli keçirmək, dincəlmək, gələcək sağlamlığına stimul yaratmaq, müalicə olunmaq hər kəsin ömür-gününə qayğısıdır. Dünyanın məşhur turizm mərkəzləri ilə bir vaxtda ölkəmizin də zəngin və möcüzəli təbiətinə vurğun olanlar əsrarəngiz gözəllikləri, qonaqpərvərliyi, sağlamlığına dəstək verdiyi yerləri heç vaxt unutmur. Nöbəti ildə də bu yadda qalan olayları görmək arzusu ilə günü-günə, ayı-aya qatır, bu anı səbirsizliklə gözləyir.
Axı ecazkar təbiəti, termal suları, zümrüd meşələri, qaynar gözlü bulaqlar, dağların köksündən süzülən şəlalələri necə unutmaq olar?
Çayın yatağındakı nəhəng sal daşlı qayalardan fəvvarə vurub qaynar-qaynar Viləşə qovuşan İsti su Ulu Tanrının qüdrətindən gözəllik, möcüzəlik alıb. Sanatoriyadakı bu ilki qələbəlik ötən illərdəkindən fərqlənir. Bunu meydançadakı ayrı-ayrı şəhər və rayonlardan gələn maşınların çoxluğundan da görmək olur. Yaxınlıqdakı istirahət mərkəzlərindən İsti suyun qarşısındakı meydançasına kimi insan axını var. Viləşin sahilində günəş vannası qəbul edənlər, at üstündə, təbiətin gözəlliyinə sığınıb, bulaq başında Şəlalə suyunun yığıldığı hövuzda, Mədə bulağında şəkil çəkdirənlərin çoxluğu bu qələbəliyi tamamlayır.
Bu,bütün varlığı ilə insanlara xidmət istəyindən doymayan Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarovun işgüzarlığının, vətənpərvərliyinin bəhrəsidir.