Azərbaycan İdeyası

Adəm İsmayıl Bakuvi: “Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası ölkənin siyasi həyatında tamamilə yeni dövrün başlanğıcı oldu”

Tarix:11-11-2025, 22:28
Baxış Sayı:7

Adəm İsmayıl Bakuvi: “Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası ölkənin siyasi həyatında tamamilə yeni dövrün başlanğıcı oldu”


“Azərbaycan dövlətçiliyinin formalaşma tarixi göstərir ki, milli hüquq sisteminin və konstitusiya quruluşunun bərqərar olması mürəkkəb, lakin mühüm bir inkişaf mərhələsindən keçmişdir. 1918–1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul etməyə macal tapmasa da, müstəqil hüquqi dövlət quruculuğu ideyalarının təməlini qoydu. Məhz Cümhuriyyətin siyasi irsi gələcək nəsillər üçün hüquqi dövlətçilik ideyasının mənəvi bünövrəsinə çevrildi. Azərbaycanın ilk Konstitusiyasının qəbulu isə artıq sovet dövründə, 1921-ci ildə keçirilən I Ümumazərbaycan Sovetlər Qurultayında baş verdi. Sonrakı onilliklərdə qəbul edilən yeni konstitusiyalar həmin dövrün ideoloji çərçivəsini əks etdirsə də, Azərbaycan xalqının milli kimliyini və dilini qorumaq yönündə müəyyən hüquqi əsaslar yaratdı. Bu prosesin kulminasiya nöqtəsi isə 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyası oldu. Ulu Öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində sənədin 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi milli özünüdərk və dövlətçilik təfəkkürünün inkişafında tarixi dönüş yaratdı. Həmin Konstitusiya 1995-ci ilə qədər qüvvədə qalaraq hüquqi dövlətçilik ənənəsinin formalaşmasında mühüm mərhələ rolunu oynadı.”

Bu barədə aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi danışıb.

Fikirlərini davam etdirən partiya sədri bildirib ki, müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası ölkənin siyasi həyatında tamamilə yeni dövrün başlanğıcı oldu: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan yeni Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul olundu. Seçicilərin 91,9 faizinin lehinə verdiyi səs, xalqın dövlətçilik iradəsinin, hüquqi dövlətə və demokratik idarəetməyə sadiqliyinin parlaq ifadəsi idi. Ulu Öndərin qeyd etdiyi kimi, bu Konstitusiya müstəqil Azərbaycanın uzunmüddətli sabitliyini, hüquqi-siyasi inkişafını və xalqın rifahını təmin edən Əsas Qanun kimi tarixə yazıldı. Yeni Konstitusiya dövlətin demokratik, hüquqi və dünyəvi əsaslarını müəyyənləşdirdi, hakimiyyət bölgüsünün prinsiplərini təsbit etdi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını ali məqsəd kimi önə çıxardı. 48 maddənin bilavasitə insan hüquqlarına həsr olunması, Azərbaycanın beynəlxalq hüquqi sənədlərə uyğun demokratik dəyərlərə əsaslandığını nümayiş etdirdi. Bununla ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması və qanunun aliliyinə əsaslanan idarəetmə mexanizmi üçün etibarlı hüquqi baza yaradıldı. Əlbəttə ki, zaman keçdikcə sosial-siyasi reallıqların dəyişməsi Konstitusiyanın da təkmilləşdirilməsini zəruri etdi. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində edilən əlavə və dəyişikliklər dövlət idarəetməsinin çevikliyini, hüquqi sistemin müasir tələblərə uyğunlaşmasını təmin etdi. Bu gün Azərbaycan Respublikasının Konstitusiyası təkcə dövlətin hüquqi əsaslarını müəyyən edən sənəd deyil, həm də milli sabitliyin, sosial ədalətin və insan hüquqlarının təminatçısıdır. 12 noyabr – Konstitusiya Günü, yalnız tarixi bir hadisənin xatırlanması deyil, həm də hüquqi dövlət və vətəndaş həmrəyliyinin təntənəsi, xalqın öz suverenliyinə və müstəqil gələcəyinə sarsılmaz inamının rəmzidir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov