Azərbaycan İdeyası

Eltun Süleymanov: "Qubadlının azad olunması ordumuzun qəhrəmanlığı, Prezident İlham Əliyevin müdrik sərkərdəlik bacarığı və xalqımızın birlik, əzmkarlıq rəmzidir"

Tarix:21-10-2025, 11:07
Baxış Sayı:1

Eltun Süleymanov:  "Qubadlının azad olunması ordumuzun qəhrəmanlığı, Prezident İlham Əliyevin müdrik sərkərdəlik bacarığı və xalqımızın birlik, əzmkarlıq rəmzidir"


Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qürurla səsləndirdiyi “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” fikri bütün zamanlarda xalqın yaddaşında yaşayacaq. Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri də 2020-ci ilin 25 oktyabrı Qubadlının azad olunduğu gündür. Bu tarix təkcə bir rayonun azadlığı deyil, həm də Azərbaycan Ordusunun qəhrəmanlığı, cənab Prezident İlham Əliyevin müdrik sərkərdəlik bacarığı və xalqımızın birlik, əzmkarlıq rəmzidir.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri 2020-ci ilin 25 oktyabrıdır – Qubadlının azad olunduğu gün. Bu tarix təkcə bir şəhərin qurtuluşu deyil, həm də milli ruhun, dövlət iradəsinin və xalq birliyinin təntənəsidir. Məhz həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyev qürurla bəyan etmişdi:
“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”

Bu sözlər təkcə bir səfərbərlik çağırışı deyil, həm də bütöv bir xalqın qəlbində əbədi yaşayacaq qürur nişanıdır. 44 günlük Vətən müharibəsi Qubadlı uğrunda döyüşlərdə də öz zirvəsini göstərdi. Strateji yüksəkliklərlə əhatələnmiş bu bölgə düşmənin ən möhkəm istehkamlarından biri idi. Amma Azərbaycan Ordusunun peşəkarlığı, Ali Baş Komandanın müdrik sərkərdəliyi və xalqın sarsılmaz inamı bu qalaları dağıtdı. 25 oktyabrda Qubadlı azad edilərkən, Azərbaycan xalqı yalnız torpaqlarını deyil, 27 illik həsrətini, qürurunu və haqqını da geri aldı. Qubadlı 1993-cü ilin 31 avqustunda işğal olunarkən 94 kəndi, minlərlə evi, mədəniyyət və təhsil ocaqları, 7 məscidi yerlə-yeksan edilmişdi. Təbiət talan edilmiş, kəndlərdə qanunsuz məskunlaşma həyata keçirilmişdi. Amma xalq öz yurdunun adını qəlbində yaşatdı və gün gəldi, Prezident İlham Əliyevin “öz sahibləri qayıdıb” sözləri ilə o yurdların nəfəsi yenidən bərpa olundu.
Bu gün Qubadlıda həyat sıfırdan, lakin böyük inamla yenidən başlanır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma layihələri Qubadlının qayıdış tarixini bir inkişaf dastanına çevirib. Hər səfər, hər təməlqoyma mərasimi bu bölgənin gələcəyinə vurulan yeni möhürdür. 23 dekabr 2020 – Qubadlıda Azərbaycan bayrağının ucaldıldı. 25 oktyabr 2021 – “Qubadlı” yarımstansiyasının və Xanlıq–Qubadlı yolunun təməlinin qoyulması, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı keçirildi. 19 oktyabr 2022 – “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq oldu. 4 may 2023 – Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, məktəbin, xəstəxananın və inzibati binanın təməli qoyuldu. Bu səfərlər dövlət başçısının azad edilmiş torpaqlara qayğısının, Qubadlının gələcəyinə inamının göstəricisidir. Artıq rayonda 7 yeni yarımstansiya inşa olunub, bu sistem Qubadlının 2050-ci ilə qədər olan enerji tələbatını tam təmin edəcək. Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yolları bölgənin iqtisadi potensialını daha da artırır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bu məqsədlə 20 milyon manat vəsait ayrılıb. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 25 oktyabr “Qubadlı şəhəri günü” kimi qeyd olunur. Bu qərar azadlıq salnaməmizin rəsmi şəkildə əbədiləşdirilməsi, qəhrəmanlıq tariximizin gələcək nəsillərə miras qoyulması deməkdir. Bugünkü Qubadlı — təkcə bərpa olunan torpaq deyil, həm də yenidən doğulan ruhdur. Burada salınan müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və kənd təsərrüfatı müəssisələri həyatın, zəhmətin və dövlət qayğısının təcəssümüdür. Qubadlının hər daşı, hər ağacı, hər damlası Zəfərin yaddaşını yaşadır. Qubadlı bu gün həm Qayıdışın, həm Qürurun, həm də Dirçəlişin simvoludur. Və bu simvolun başında duran şəxs – Azərbaycan dövlətinin memarı, Zəfərin Sərkərdəsi cənab Prezident İlham Əliyevdir. Onun dediyi kimi, “Qubadlıya öz sahibləri qayıdıb.” Bu, həm Qubadlının taleyi, həm də Azərbaycanın gələcəyidir. Bütün bu illər ərzində sükuta bürünmüş dağlar indi yenidən həyat nəfəsi alır, viran qalmış kəndlərdə uşaq səsi, dua səsi, zəhmət səsi eşidilir. Hər təməl, hər yol, hər inşa olunan ev bu xalqın əzmini, bu dövlətin qüdrətini göstərir. Qubadlının dirçəlişi cənab Prezident İlham Əliyevin müdrik siyasətinin, xalqın dövlətinə sədaqətinin və şəhidlərimizin müqəddəs qanı ilə yazılmış Zəfər dastanının davamıdır. Bu gün Qubadlıya qayıdan hər bir insan təkcə evinə yox, həm də tarixə, kimliyinə və dövlətinə qayıdır-deyə E. Süleymanov fikrini tamamlayıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ruslar Putinə nə qədər etibar edir? - Sorğu
Ruslar Putinə nə qədər etibar edir? - Sorğu
Növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb - YENİLƏNİB
Növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb - YENİLƏNİB
Gələn il “veteran pulu” artırılacaq? - AÇIQLAMA
Gələn il “veteran pulu” artırılacaq? - AÇIQLAMA
Bu məktəbdə şagirdlər köçürülür - Qurumdan AÇIQLAMA
Bu məktəbdə şagirdlər köçürülür - Qurumdan AÇIQLAMA
Prezident sərəncam imzaladı
Prezident sərəncam imzaladı
Bakıya gələn avtobuslar üçün yeni zolaq yaradıldı - Fotolar
Bakıya gələn avtobuslar üçün yeni zolaq yaradıldı - Fotolar
Sahibə Qafarova Simonyanla görüşündən danışdı
Sahibə Qafarova Simonyanla görüşündən danışdı
Milli Məclisin növbəti plenar iclası başlayıb
Milli Məclisin növbəti plenar iclası başlayıb