Milan Hospitalın rəhbəri, xeyriyyəçi, iş adamı Xuraman Muradova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xuraman Muradovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Xuraman Muradova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Klinikamız 1 yanvar 2014 -cü ildə Bakı şəhəri, Nərimanov rayonunda , işində tam peşəkar və tibbi ixtisaslaşmış mütəxəssis heyyəti ilə fəaliyyətə başlamışdır. Klinikamızda tibb elminin standartlarına cavab verən ən son model Avropa istehsalı avadanlıqlarla 24 saat yerli və xarici pasientlərimizə xidmət göstərilir. Göstərdiyimiz VİP xidmət, məsuliyyətli və gülərüz kollektiv, dəqiq proqnoz və müasir tələblərə cavab verən avadanlıqlarla aparılan hər növ laboratoriya analizləri klinikamızın açıq fərqlə Azərbaycandaki bir çox klinikalardan daha üstün olduğunu göstərir. Klinikamız gündən günə inkişaf edir və müalicədə dünya standartlarını tətbiq edir.
Klinikamız sizə nə vəd edir:
Dəqiq laboratoriya analizləri
Məsuliyyətli həkim müayinəsi
Hər pasientə individual yanaşma
Ən son model tibbi texnologiya ilə müayinə və müalicə
Klinikamızda pasientlərimizə yüksək səviyyədə və keyfiyyətdə cərrahi-stasionar, son dərəcə dəqiq laboratoriya analizləri ilə laboratoriya xidmətləri , ən müasir avadanlıqlardan istifadə olunaraq Fizioterapiya, Diaqnostika, və Ambulator xidmətlər göstərilir.
Məqsədimiz Azərbaycanda qazandığımız uğuru və inamı ölkə sərhədləri xaricində də xidmət göstərərək dünyaya tanıtmaqdır.
Milan Hospitalın rəhbəri, xeyriyyəçi, iş adamı Xuraman Muradova - Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli dövlət bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bütün bunlar göstərdi ki, müharibədəki təcrübənin tətbiqindən sonra artıq antiterror əməliyyatı zamanı qısa müddətdə düşmən darmadağın edildi. Antiterror tədbirlərinə dünyada unikal əməliyyat kimi baxırlar, onunla maraqlanırlar. Çox sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əməliyyatları bu gün bütün dünyada dərindən öyrənilir.
Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlarından biri hesab olunur. Əməliyyatın əsas hədəflərini Qarabağ ərazisində erməni silahlı birləşmələrinin və separatçı rejimin mövcudluğuna son qoyulması təşkil edirdi. Bundan əlavə, Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “Artsax respublikası”nın yaranmasının ildönümü münasibətilə erməniləri təbrik etməsi bu mənfur dövlətin işğalçılıq siyasətinin mahiyyətindən xəbər verir. Həm BMT-nin qətnamələrinə, həm də Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində lokal antiterror tədbirləri həyata keçirməyə məcbur oldu. Qondarma rejimin Ermənistan tərəfindən silahlandırılması, Qarabağ ərazisində terror aktlarının törədilməsi, azərbaycanlı mülki şəxslərə və polis əməkdaşlarına qarşı hücumlar bu əməliyyatı qaçılmaz etdi. Antiterror tədbirləri 24 saatdan da az vaxtda yekunlaşdı, qanunsuz erməni silahlı dəstələri darmadağın edildi. Eyni zamanda, bu, mülki əhaliyə heç bir zərər yetirilmədən aparılmış uğurlu əməliyyat kimi diqqəti cəlb edib. Nəticədə azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmaq imkanı əldə etdi. Lokal antiterror tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Fəaliyyəti sıfıra bərabər olan ATƏT-in Minsk qrupuna heç bir ehtiyac qalmadı. BMT-nin dörd qətnaməsinin tələblərini Azərbaycan özü yerinə yetirdi.
İşğaldan azad olunmuş ərazilərdə 2024-cü il fevralın 7-də prezident seçkiləri, sentyabrın 1-də isə parlament seçkiləri üzrə səsvermənin keçirilməsi olduqca qürurverici hadisədir.
Beləliklə, Azərbaycan Ermənistanın törətdiyi bütün təxribatları təmkinlə, qətiyyətlə dəf edərək, öz sülhsevər siyasətini dünyaya nümayiş etdirdi. Hazırda isə Qarabağ və Şərqi Zəngəzurda böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Keçmiş məcburi köçkünlər dogma yurd-yuvalarına qayıdırlar. Azərbaycan bütün bu uğurlara dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu sayəsində nail olub.