Azərbaycan İdeyası

2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi ilə adı qeyd edilən kəndin təhlükəsizliyi təmin olundu

Tarix:3-10-2025, 12:20
Baxış Sayı:1

2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi ilə adı qeyd edilən kəndin təhlükəsizliyi təmin olundu

Cəbrayıl rayonu Cənab Prezident İlham Əliyevin 2021-ci ilin iyulun 7-də verdiyi fərman əsasında Şərqi Zəngəzur adlı yaradılmış iqtisadi rayonun tərkib hissəsidir. Cəbrayıl rayonu müxtəlif tikinti materialları ilə zəngindir. Ötən əsrdə – rayonun işğaldan öncəki tarixində yerli əhalisi baramaçılıq, üzümçülük, taxılçılıq kimi təsərrüfat sahələri ilə məşğul olmuşlar. Son beş il ərzində isə bölgənin hərtərəfli inkişafı genişmiqyaslı layihələrin həyata keçirilməsi ilə təmin edilir. 2021-ci ilin oktyabrın 4-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin fərmanı əsasında rayonda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılmışdır. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması nəzərdə tutulmuşdur. Cəbrayıl şəhərinin baş planına dair 2040-cı ilədək hazırlanmış layihə rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcanlı, Maşanlı kimi kəndlərinə də aid edilmişdir. Bu layihə əsasında yerli əhalinin yaşayışı üçün evlərin, təhsil, tibb, ticarət müəssisələrinin inşası planlanmışdır.
Cəbrayıl rayonu Azərbaycanın qədim, əzəli rayonu olsa da, inzibati vahid kimi 1930-cu ildə avqustunda 8-də təşkil edilmişdir. Sonralar bir il müddətlik Füzuli rayonuna birləşdirilsə də, 1964-cü ildə yenidən müstəqil inzibati vahid hesab edilmişdir. 1993-cü ilin avqustunda Azərbaycan Respublikasında daxili sabitliyin olmadığı bir dövrdə Ermənistan Respublikasının işğalına məruz qalaraq otuz ilə yaxın öz yerli əhalisindən ayrı düşmüşdür.1994-cü ilin əvvəllərində baş tutan Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi azad edilmişdi. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi ilə adı qeyd edilən kəndin təhlükəsizliyi təmin olundu. Vətən müharibəsi başladığı gündən etibarən rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də isə Çaxırlı, Mehdili, Şəybəy, Aşağı Maralyan və Quycaq kəndləri işğaldan azad edilmişdi. Oktyabrın dördündə isə Cəbrayıl şəhəri və rayonun daha doqquz kəndi – Karxulu, Şükürbəyli, Mahmudlu, Çərəkən, Daşkəsən, Decal, Horovlu, Yuxarı Maralyan və Cəfərabad kəndləri geri qaytarıldı. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin 2023-cü ilin iyulun 31-də qəbul edilmiş Sərəncamına əsasən oktyabrın 4-ü Cəbrayıl şəhəri günü kimi müəyyən edilib. Qarabağın işğal edilmiş rayonlarının tarixləri hər bir azərbaycanlı vətəndaşının Qan Yaddaşıdır.İndi isə hər bir azərbaycanlı bilməlidir ki, şəhər günlərinin təsis edilməsi ilə Zəfər Yaddaşının təməli atılmışdır. Bu günlər artıq təqvimdə xüsusi bir yerə sahibdir və onların hər il yada salınması ilə Zəfər Yaddaşı təzələnir, ruh yüksəkliyinə gətirib çıxarır.


Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin tarix müəllimi İsmayılova Türkan

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki