Azərbaycan İdeyası

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası ilə BP arasında Memorandum imzalanıb -Fotolar

Tarix:13-05-2025, 10:00
Baxış Sayı:6

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası ilə BP arasında Memorandum imzalanıb -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

aia.az xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti qeyd edib, cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb.
Tədbirdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, həyata keçirilən layihələrdən danışılıb, “Kurort” Turizm İnformasiya Mərkəzinin, həmçinin Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti diqqətə çatdırılıb. Bildirilib ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicəsi və istirahətinin səmərəli təşkili istiqamətində kompleks tədbirlər görülür.

Vurğulanıb ki, AHİK tərəfindən özəl sektorla əməkdaşlığa xüsusi önəm verilir, bu sahədə çalışanların həmkarlar ittifaqlarında birləşməsinə dəstək göstərilir. Konfederasiya sədri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tədrisin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, Akademiyada yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin artıq müxtəlif sahələr üzrə təlimlər, seminarlar və təcrübə mübadilələri üçün əlverişli platformaya çevrildiyini bildirib.

Tədbirdə həmçinin BP şirkəti ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti diqqətə çatdırılıb, sənədin qarşılıqlı əlaqələrin güclənməsinə, əməkdaşlığa, faydalı təcrübə mübadiləsinə geniş imkanlar yaradacağı qeyd edilib.
Sonra AHİK-in fəaliyyəti, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə” və "AHİK Plus" layihələrindən bəhs edən videomateriallar nümayiş olunub.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin Azərbaycan iqtisadiyyatının, neft-qaz sənayesinin inkişafına verdiyi töhfədən, ölkəmizdə insan kapitalına yönəlmiş təşəbbüslərindən, xüsusilə təhsil və peşə hazırlığı sahəsinə dəstəyindən danışıb, Konfederasiyanın həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Sonda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Akademiyanın rektoru vəzifəsini icra edən Yusif Ağayev və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.
Memorandum təhsil və təcrübə proqramlarının təşkili, birgə layihələrin həyata keçirilməsi, innovativ təşəbbüslərin dəstəklənməsi kimi sahələrdə konkret nəticələrə əsaslanmaqla hər iki tərəf üçün faydalı olacaqdır.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Ruslan Zöhrabov: Bir ömrün missiyası - Heydər Əliyev və Azərbaycanın güclü dövlətə çevrilmə hekayəsi
Ruslan Zöhrabov: Bir ömrün missiyası - Heydər Əliyev və Azərbaycanın güclü dövlətə çevrilmə hekayəsi