Azərbaycan İdeyası

Kamaləddin Qafarov: “Novruz yeni gün deməkdir”

Tarix:20-03-2025, 10:27
Baxış Sayı:8

Kamaləddin Qafarov: “Novruz yeni gün deməkdir”

“Artıq ikinci ildir Azərbaycan xalqı sülhü tərənnüm edən Novruz bayramını ölkənin istisnasız bütün ərazisində, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində böyük coşqu ilə qarşılayır. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında isə artıq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.”

Bu sözləri Novruz bayramı münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hələ 1998-ci ildə etdiyi tarixi çıxışlarından birində dediyi bu kəlamlar da həqiqətə çevrildi: ““Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Ulu Öndər torpaqlarımızın işğaldan azad ediləcəyinə və xalqımızın bütün bayramlarını, o cümlədən Novruz bayramını həmin torpaqlarda da qeyd edəcəyinə hər zaman bütün qəlbi ilə, bütün varlığı ilə inanırdı.”

Kamaləddin Qafarov Sovetlər dönəmində qeyd olunmasına ciddi qadağalar qoyulmuş Novruzun uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda yenidən təntənə ilə qeyd olunmasına başlandığını xatırladıb. “Novruzun yenidən bayram kimi qeyd olunması həmin il ilk dəfə respublikanın rəhbərliyinə gəlmiş Ümummilli Lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi.Ulu Öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövrünün ilk ilinin ən möhtəşəm nailiyyətlərindən biri də Novruz bayramının qeyd olunmasına uzun illər mövcud olmuş ciddi qadağaların aradan qaldırılması oldu. Bu addım milli Azərbaycançılıq məfkurəsinin formalaşdırılması istiqamətində atılmış çox mühüm addımlardan biri idi. Müstəqilliyimizin bərpasından sonra Novruz bayramı ölkəmizdə daha geniş miqyasda, daha böyük təntənə ilə qeyd olunmağa başlandı. Novruz bayramı həyatın və yeniliyin ən mükəmməl rəmzidir. Novruz sözünün mənası yeni gün deməkdir. Həqiqətən də Novruz öz gəlişi ilə həyatımıza hər dəfə bir yenilik gətirir. Bu gün Novruz artıq siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkül tapdığını nümayiş etdirir. Bir vacib məqamı da qeyd etmək lazımdır ki, Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsü, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür” .

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov