Azərbaycan İdeyası

Qış fəslində hansı kosmetik prosedurları etmək olmaz? - Həkim-kosmetoloq Sara Əlizadə

Tarix:27-12-2024, 18:14
Baxış Sayı:21

Qış fəslində hansı kosmetik prosedurları etmək olmaz? - Həkim-kosmetoloq Sara Əlizadə

“Qış fəslində üzdə yaranan problemlər xanımların böyük əksəriyyətini narahat edir. Bu fəsildə xarici faktorlar dəridə daha çox iz buraxır. Dərini soyuqdan qorumaq lazımdır ki, qocalma prosesi vaxtından əvvəl başlamasın”.
Bunu Patriot.az-a açıqlamasında həkim-kosmetoloq Sara Əlizadə deyib.
Qış fəslində xarici faktorların üz dərisinə təsiri barədə danışan kosmetoloq bildirib ki, küləyin,  şaxtanın, eyni zamanda Günəş şüalarının təsiri nəticəsində dəridə bir çox problemlər yaranır. Onun sözlərinə görə, qışda dəriyə daha çox qulluq tələb olunur: “Dəridə olan bir sıra problemləri aradan qaldırmaq üçün qış ən əlverişli fəsil sayılır. Piqment ləkələrini qışda daha asanlıqla aradan qaldırmaq mümkündür. Qışda tətbiq olunan prosedurlardan sonra daha yaxşı nəticə əldə olunur”.
Sara Alizadə Günəşdən müdafiə kremlərindən ancaq yaz və yayda istifadə edilməsinin düzgün olmadığını bildirib. Qışda yaranan Günəş ləkələrini aradan qaldırmaq daha çətindir: “Qoruyucu kremdən ilin bütün fəsillərində istifadə edilməlidir. Sadəcə, burada faktorlar dəyişə bilər. Yayda yüksək faktorlu kremlərdən istifadə etdiyimiz halda, qışda aşağı faktorlardan yararlana bilərik. Xanımlar qoruyucu krem alanda güvənilən markaların məhsullarını seçməlidirlər. Kremin yüksək faktorlu olmasına qaçmaq lazım deyil. Azərbaycan şəraitində qışda 15-30, yayda 30-50 faktorlu Günəş qoruyucu kremlərdən istifadə yetərlidir.
Qoruyucu krem 2-3 saatdan sonra qoruyuculuq təsirini itirir. Yaxşı olar ki, xanımlar 2-3 saatdan bir üzü silib, yenidən krem çəksinlər”.
Həkim-kosmetoloq Sara Əlizadə onun lisenziyasız fəaliyyəti ilə bağlı bəzi media orqanlarında dərc edilən xəbərlərədə münasibət bildirib. Sara Əlizadə qeyd etdi ki, hazırda fəaliyyət göstərdiyi klinikada onun kosmetoloji fəaliyyəti üçün lazım olan sənədlər yerindədir. Yaxın aylarda kosmetoloji klinika açacağını və buna görə tələb olunan sənədləri Səhiyyə və İqsadiyyat nazirliklərinə təqdim edəcəyini bildirdi. Sara Əlizadə qeyd etdi ki, "mən ali təhsilli tibb işçisi kimi qanunun bütün tələblərinə uyğun olaraq fəaliyyət göstərirəm. Məni gözü götürməyənlər haqqımda yalan məlumat yaymaqla heçnə əldə edə bilməyəcəklər. Çünki indiyə kimi heç bir pasiyentim məndən narazı qalmayıb və gördüyüm işləri yüksək peşekarlıqla həyata keçirmişəm".

İnstagram: Bura daxil olun






[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov