Azərbaycan İdeyası

Eltun Süleymanov : "Həmrəylik günü Ulu Öndərin adı ilə bağlıdır"

Tarix:26-12-2024, 10:16
Baxış Sayı:2

Eltun Süleymanov : "Həmrəylik günü Ulu Öndərin adı ilə bağlıdır"

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dediyi kimi “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndərin bu fikri Dünya azərbaycanlılarının həmrəyliyinin fəlsəfəsinin əsasını təşkil edir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Bu gün məhz onun adı ilə bağlıdır. Dünya azərbaycanlılarının həmrəyliyi 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə dedi və tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların düşmənin və anti-Azərbaycan qüvvələrin müxtəlif formada təzahür edən məkirli təxribatlarına qarşı cəsarətli etirazları və çıxışları, Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Azərbaycanın həmrəyliyi, milli birliyi, zəngin tarixi, mədəniyyəti və adət-ənənələri dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq hər zaman soydaşlarımız tərəfindən qorunub saxlanılır. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycanda cənab prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın yeni mərhələsinin möhkəm təməli qoyulmuş və ölkəmiz müstəqil inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınır və dünya birliyində öz layiqli yerini tutur. Müstəqilliyimiz sarsılmaz, dönməz xarakter almışdır. Müstəqil inkişaf yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızı azad, müstəqil Azərbaycanın xəşbəxt gələcəyinə dərin nikbinlik və böyük inamla baxmağa rühlandırır, yeni güc, qüvvət verir. Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq 4 ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki