Azərbaycan İdeyası

"Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirilir" - Eltun Süleymanov

Tarix:25-12-2024, 11:46
Baxış Sayı:6

"Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirilir" - Eltun Süleymanov

Dövlətimiz müstəqillik illərində bütün sahələrdə çoxsaylı uğurlar əldə edib. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin edən bu uğurların hər biri xüsusi əhəmiyyət kəsb edir. Uğurlarından fəxrlə bəhs etdiyimiz sahələrdən biri də idmandır. İdmançılarımız qalib gəldikcə, dövlətimizin himni səsləndirilir, bayrağımız dalğalanır. Bu səbəbdən də idmanda qazanılan uğurlar bizə xüsusi qürur hissi yaşadır. Son illər Azərbaycanda bu sahədə inkişaf diqqət çəkir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Hər bir dövlət öz qüdrətinin nümayişi ilə dünya reytinqində özünə yer qazanır. Müharibələr, hərbi paradlar, yarışlar, beynəlxalq miqyasda keçirilən sammitlər, görüşlər və müxtəlif dövlətlər arasında bütün növ rəqabətlərin əsasında məhz dövlətin öz qüdrətini açıq ifadəetmə arzusu dayanmaqdadır. İdman isə özünü ifadəetmənin ən rahat və sadə üsuludur.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, Respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, idmançıların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Bütün bunların qanunauyğun nəticəsi kimi, Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Dekabrın 24-də idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib, idman uğurlarından danışıb. Cənab Prezident deyib ki, “.2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. Əlbəttə ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Onu da deməliyəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır. Təbii ki, bu gözəl nəticədən sonra növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözləyirik. İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır”. Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Ulu öndər Heydər Əliyev ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirmişdir. Bu iş, bu siyasət bu gün də cənab Prezident tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycanın bütün sahələr üzrə inkişafını görürük, şahidi oluruq. Ona görə də bizim gənclərimiz vətənpərvər və sağlam ruhda yetişirlər, ölkəmizi dünyada layiqincə təmsil edirlər-deyə E. Süleymanov fikrini tamamlayıb. 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Rəhim müəllim: İlham Əliyevin Sahibkarlara, Şəhid Ailələrinə və Xalqına Qayğısı: Ali Baş Komandanın Liderliyi və Dövlətçilik Missiyası
Rəhim müəllim: İlham Əliyevin Sahibkarlara, Şəhid Ailələrinə və Xalqına Qayğısı: Ali Baş Komandanın Liderliyi və Dövlətçilik Missiyası
Sosial yönümlü rəhbər, inkişafın dayağı – “Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov
Sosial yönümlü rəhbər, inkişafın dayağı – “Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov
Peşəkarlığın və innovasiyanın vəhdəti – Megastore mağazalar şəbəkəsinin direktoru Eşqin İsmayıllı
Peşəkarlığın və innovasiyanın vəhdəti – Megastore mağazalar şəbəkəsinin direktoru Eşqin İsmayıllı
Müşfiq Tarverdiyev: Liderlik zirvəsi
Müşfiq Tarverdiyev: Liderlik zirvəsi
Füzuli Quliyev – Beyləqanın yol infrastrukturunun inkişafına rəhbərlik edən peşəkar
Füzuli Quliyev – Beyləqanın yol infrastrukturunun inkişafına rəhbərlik edən peşəkar
Arzu Bəndəliyev – Beyləqanın inkişafına töhfə verən fədakar rəhbər
Arzu Bəndəliyev – Beyləqanın inkişafına töhfə verən fədakar rəhbər
Asif müəllim – Beyləqanda sağlamlığın keşiyində duran dəyərli sima
Asif müəllim – Beyləqanda sağlamlığın keşiyində duran dəyərli sima
Aydın Həsənov – Aşağı Çəmənli kəndinin inkişafına ürəyini verən rəhbər
Aydın Həsənov – Aşağı Çəmənli kəndinin inkişafına ürəyini verən rəhbər