Azərbaycan İdeyası

Üç Medal Sahibi Qalib Rəhimlinin Hekayəsi

Tarix:24-12-2024, 09:57
Baxış Sayı:7

Üç Medal Sahibi Qalib Rəhimlinin Hekayəsi

Qalib Rəhimli – Şəmkir rayonundakı Kimya-Biologiya Təmayüllü Liseyin parlayan ulduzlarından biridir. Balaca yaşına baxmayaraq böyük əzmkarlıq göstərərək, son iki ayda qazandığı iki bürünc medalla müəllimlərinin və ailəsinin fəxrinə çevrilib. Onun uğur hekayəsi sadəcə medalların rəngində deyil, bu nailiyyətlərin arxasında duran zəhmət və istedadda əks olunur. Xüsusilə 2023-cü ildə BMO-Beyin Olimpiada Mərkəzinin Riyaziyyat Olimpiadasında qazandığı gümüş medal, Qalibin istedadının beynəlxalq səviyyədə tanınması ilə yanaşı, onun gələcəkdə daha böyük uğurlar əldə edəcəyinə olan inamı möhkəmləndirdi. Bu medallar, onun əzmkarlıqla toxuduğu uğur yolunun ilk parlaq səhifələridir.

Marağa Açılan Üfüqlər

Qalib olduqca qaynar, hər şeylə maraqlanan bir uşaqdır. Gördüyü və ya oxuduğunun arxasında nə olduğunu anlamağa çalışır. Yaşına görə fərqli düşüncə tərzi onu həmişə böyüklərin diqqət mərkəzinə gətirib. Hətta gününün böyük hissəsini dərslərə sərf etsə belə, yorulmur, bezmir. Əksinə, əlavə tapşırıqlar yerinə yetirir, kitablar oxuyur, bədii ədəbiyyata belə vaxt ayırır.
Qalib deyir: "Bədii ədəbiyyat mənim həyata baxışımı genişləndirir, söz ehtiyatımı artırır. Həm də dostlarıma daha diqqətli olmağı öyrədir."
Futbolu və rəqsi də çox sevən Qalib, özünü hərtərəfli inkişaf etdirmək üçün çalışmalı olduğunu düşünür.

İlk Addımlar

Qalibin təhsil hekayəsi

Gəncədəki İsmət Qayıbov adına 1 nömrəli məktəbdən başlayıb. İbtidai təhsili dövründə Samirə Cəfərovanın tələbkarlığı və sevgisi ilə möhkəm təməl qurub. Hətta sonradan başqa sinifə keçsə belə, tənəffüslərdə müəlliməsinə qaçıb. Samirə müəllimə onun həyatında ilk ilham mənbələrindən biri olub. Əlavə hazırlıq günlərində isə Zaur müəllimdən çox öyrənib. Daha sonra Qalib 5-ci sinifdə DİM-in xətti ilə keçirilən imtahanda uğurla iştirak edərək Şəmkir rayonundakı Kimya-Biologiya Təmayüllü Liseyin yüksək nəticə ilə şagirdi olub.

Liseydə Uğur Yolu

Bu gün Qalib, liseydə yaradılan müasir şəraitdən çox razıdır. Laboratoriyalar, innovativ sistemlər, zəngin resurslar şagirdlərə mükəmməl bilik əldə etmək imkanı yaradır. Bu səbəbdən də liseyin şagirdləri müxtəlif olimpiadalarda yüksək nəticələr göstərir. Noyabrda keçirilən Riyaziyyat Olimpiadası, dekabrda isə Məntiq Olimpiadasında Qalib bürünc medal qazanıb. Bu nailiyyətlər, həm onun çalışqanlığını, həm də liseydəki yüksək səviyyəli tədrisi əks etdirir. Qalib bu uğurlar üçün müəllimlərinə və liseyin rəhbərliyinə minnətdardır.

Global Olympiad Center-in Rolunu Unutmayacaq

Qalibin uğurlarının arxasında müəllimlərinin dəstəyi ilə yanaşı, 2022-ci ildə fəaliyyətə başlayan Global Olympiad Center də dayanır. Bu mərkəz beynəlxalq təcrübə əsasında təşkil olunan fənn olimpiadaları vasitəsilə şagirdlərin elmə marağını artırır və onlara beynəlxalq platformalarda iştirak üçün imkanlar yaradır.

Böyük Məqsədlər Uğrunda

Qalib deyir: "Hədəfim qızıl medaldır. Əminəm ki, mən buna nail olacağam."
Hələ orta təhsilin yarı mərhələsində olan Qalibin qarşıda keçəcəyi çoxlu sınaqlar, olimpiadalar və tələbə adını qazanmaq kimi şərəfli mərhələlər var.
Yolun açıq olsun, Qalib! Vətənə, dövlətə layiqli bir oğul və mütəxəssis olacağına əminik. Sən artıq bu gün hər kəsin sevimlisi, sabah isə ölkənin qüruru olacaqsan!

Gülər Bayram, Jurnalist.[b][/b]

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr